Bakı. Trend:
Argentinanın Azərbaycandakı müvəqqəti işlər vəkili Eduardo Cavallero Azərbaycan Tərcümə Mərkəzində olub.
Tərcümə Mərkəzindən Trend-ə verilən məlumata görə, görüşdə Mərkəzin, Azərbaycan ədəbiyyatının ispandilli ölkələrdə tanıdılması və təbliği işinin təşkilinə yardımçı olacaq Nümayəndəliyinin Argentinada yaradılması barədə fikir mübadiləsi aparılıb.
Argentina-Azərbaycan ədəbiyyatlararası əlaqə və mübadilələrin inkişafı istiqamətində hazırlıq işlərinin aparıldığı bir sıra tanıtım və təbliğ tədbirlərinə dair məsələlər müzakirə edilib.