Bakı. Trend:
Bu günlərdə tanınmış Azərbaycan yazıçısı Afaq Məsudun “Azadlıq” romanı Türkiyədə nəşr olunub.
Azərbaycan Tərcümə Mərkəzindən Trend-ə verilən məlumata görə, “Zengin yayıncılık” nəşriyyatında işıq üzü görən kitabı türk dilinə tanınmış mütərcim Yurtsevən Şen çevirib.
Kitab Mədəniyyət Nazirliyinin “Azərbaycan kitablarının dünyada tanıdılması” layihəsi çərçivəsində ərsəyə gəlib.