...

Hərbi hissədə konsert keçirilib (FOTO)

Mədəniyyət Materials 19 Dekabr 2018 06:56 (UTC +04:00)
Həmçinin rəqs kollektivlərinin rəngarəng ifaları maraqla qarşılanıb.
Hərbi hissədə konsert keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə N saylı hərbi hissədə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş bayram konserti keçirib.

İdarədən Trend-ə verilən məlumata görə, tanınmış müğənni Elnur Məmmədov şən mahnılardan ibarət konsert proqramı ilə çıxış edib. Onun vətənpərvərlik ruhunda olan ifaları əsgərlərdə xoş əhval-ruhiyyə yaradıb. Həmçinin rəqs kollektivlərinin rəngarəng ifaları maraqla qarşılanıb.

Sonda hərbi hissənin rəhbərliyi keçirilən tədbirə görə təşkilatçılara təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti