...

Afaq Məsudun kitabı Misirdə nəşr olunub

Mədəniyyət Materials 21 Yanvar 2019 16:37 (UTC +04:00)
Tanınmış Azərbaycan yazıçısı Afaq Məsudun “Şənbə gecəsi və digər hekayələr” adlı kitabı Misirdə nəşr olunub.
Afaq Məsudun kitabı Misirdə nəşr olunub

Bakı. Trend:

Tanınmış Azərbaycan yazıçısı Afaq Məsudun “Şənbə gecəsi və digər hekayələr” adlı kitabı Misirdə nəşr olunub.

Trend-in AZƏRTAC-a istinadən verdiyi məlumata görə, Misirin nüfuzlu Milli Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilmiş kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı “Sərçələr”, “Qəza”, “Can üstə”, “Dovşanın ölümü” kimi hekayələri daxil edilib.

Əsərləri ərəb dilində azərbaycanşünas alim Əhməd Sami əl-Aydi çevirib.

Ərəb oxucularına ilk dəfə təqdim olunan kitab barədə Misirin məşhur “Əl-Ahram”, “Elwatannews” qəzetləri, “Almasryalyoum.com”, “gate.ahram.org.eg” ədəbiyyat portallarında eləcə də Mərakeşin məşhur “AssiaPress” portalında geniş yazılar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti