...

Aleksandr Şarovski: Prezident İlham Əliyevin gördüyü xeyirxah işlərin sayı-hesabı yoxdur

Mədəniyyət Materials 2 Mart 2019 13:34 (UTC +04:00)
Prezident İlham Əliyevin gördüyü xeyirxah işlərin sayı-hesabı yoxdur.
Aleksandr Şarovski: Prezident İlham Əliyevin gördüyü xeyirxah işlərin sayı-hesabı yoxdur

Bakı. Trend:

Prezident İlham Əliyevin gördüyü xeyirxah işlərin sayı-hesabı yoxdur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru, Xalq artisti Aleksandr Şarovski Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə çıxışı zamanı deyib.

A.Şarovski qeyd edib: "On-on bir əvvəlin gözəl may günü mənim və Rus Dram Teatrının bütün kollektivinin yaddaşında həmişəlik qalıb. O vaxt Siz və Mehriban xanım gəldiniz və bütün aparatlarla, əsl teatra xas olan hər şeylə təchiz olunmuş yeni binanın açılışını etdiniz. Sizə deməliyəm ki, həmin vaxtdan teatrın yeni həyatı başladı".

Xalq artisti dövlət sifarişi ilə bu günədək hər mövsümdə 7-8 tamaşa hazırladıqlarını bildirib: "İndi də hazırlayırıq. Biz çoxlu qastrollara gedirik, kollektivləri qəbul edirik, Moskva teatrları bizdə qastrolda olublar. Biz də xarici ölkələrə və şəhərlərə qastrollara gedirik. Sizin şəxsən gördüyünüz xeyirxah işlərin sayı-hesabı yoxdur. Bunlar həm mükafatlar, həm məvaciblərin daim artırılması, həm sosial layihələr və qanunlar, həm də nəhayətsiz və çox gözəl, daim davam edən tikinti işləridir. Bütün qonaqlarımız şəhərimizin gözəlliyinə valeh olurlar və heç bir yerdə bunun şahidi olmadıqlarını deyirlər".

Baş rejissor əlavə edib: "Yeganə olaraq, burada böyük müğənnimiz də söylədi ki, xahişlə müraciət etmək olmaz. Lakin icazə verin, hər halda kiçik bir xahişlə Sizə müraciət edim. Məsələ bundadır ki, teatr 100 illik yubileyi ərəfəsindədir və o vaxt bizim teatrın açılışı zamanı Siz də dediniz ki, Azərbaycanda rus teatrı həmişəlikdir. Siz keçmiş ittifaq respublikalarında rus teatrlarının əksəriyyətinin necə acınacaqlı vəziyyətdə olduğunu və bizim bu fonda özümüzü necə yaxşı hiss etdiyimizi bilməlisiniz. Lakin məsələ bundadır ki, həmin respublikalarda rus dram teatrları akademikdir, bizdə isə yox. Çox istərdik ki, biz də bu qürurverici adı daşıyaq və Sizinlə birlikdə sevinək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti