...

Şərqşünaslıq İnstitutunda “Türkiyə ədəbiyyatında yeni hekayəçilik” adlı kitabı çapdan çıxıb

Mədəniyyət Materials 3 Aprel 2019 10:42 (UTC +04:00)
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sədaqət Qasımlının “Türkiyə ədəbiyyatında yeni hekayəçilik” adlı kitabı çapdan çıxıb.
Şərqşünaslıq İnstitutunda “Türkiyə ədəbiyyatında yeni hekayəçilik” adlı kitabı çapdan çıxıb

Trend-i buradan izləyin

Bakı. Trend:

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sədaqət Qasımlının “Türkiyə ədəbiyyatında yeni hekayəçilik” adlı kitabı çapdan çıxıb.

İnstitutdan Trend-ə verilən məlumata görə, kitabda Türkiyə ədəbiyyatında yeni hekayəçiliyin inkişaf mərhələlərindən və bu inkişafa böyük xidmətlər göstərən türk ədəbiyyatının görkəmli hekayəçilərinin həyat və yaradıcılığından söhbət açılır.

İlk olaraq yeni hekayəçiliyin təşəkkülü dövrü araşdırılır və Aziz Efendi yaradıcılığı nəzərdən keçirilir. Tənzimat ədəbiyyatına aid bölümdə Ahmet Mithat, Nabizade Nazım, Samipaşazade Sezai kimi ədiblərin yaradıcılığı izlənilir. Sərvəti-fünun ədəbiyyatından Halil Ziya Uşaklıgilin, milli ədəbiyyat dövründən Ömer Seyfettin və Rafik Halit Karayın hekayə yaradıcılığına nəzər salınır.

Cümhuriyyət dövründə yeni hekayəçiliyin inkişaf yolları əsərdə geniş təhlil edilir. Burada Mamduh Şevket Esendal, Sabahattin Ali, Ahmed Hamdi Tanpinar, Orxan Kemal, Aziz Nesin, Haldun Taner və başqalarının yaradıcılığı araşdırılır. 50-ci illərdən sonrakı hekayənin yeni ənənələrindən 6-cı bölümdə bəhs edilir. Burada yeni türk hekayəçiliyində kənd mövzusuna, Samim Kocagöz, Yaşar Kemal, Fakir Baykurtun yaradıcılığına, Bekir Yıldızın realist hekayələrinə diqqət edilir.

Kitabda sosial-psixoloji üslubda yazan hekayəçilərdən Sabahattin Kudret Aksal, Necati Cumalı, Zeyyat Selimoğlu və başqalarının əsərlərindən bəhs edilir.

“Bunalım ədəbiyyatı” adlı bölümdə Vüsat Bener, Tahsin Yücel, Demir Özlü, Demirtaş Ceyhun və başqa hekayəçilərin II Dünya müharibəsinin törtədiyi acı nəticələrin və sənayeləşmənin təzyiqi ilə əlaqədar olan əsərləri nəzərdən keçirilir.

Sonuncu bölümdə 50-ci illərdən sonrakı yeni türk hekayəçiliyindəki qadın yazarların əsərləri araşdırılır. Burada Nezihe Meriç, Leyla Erbil, Sevgi Soysal, Afet İlqaz, Cevim Burak və başqa ədiblərin hekayə yaradıcılığı əhatə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti