...

Bəhram Osmanov “Varislər” tamaşasının məşqlərinə başlayıb (FOTO)

Mədəniyyət Materials 3 Aprel 2019 23:51 (UTC +04:00)
İ.Zeyniyevin “Burqanın evi” pyesinin motivləri əsasında “Varislər” tamaşasının məşqlərinə başlanıb.
Bəhram Osmanov “Varislər” tamaşasının məşqlərinə başlayıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tatar dramaturqu İ.Zeyniyevin “Burqanın evi” pyesinin motivləri əsasında “Varislər” tamaşasının məşqlərinə başlanıb.

Teatrdan Trend-ə verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Tamaşanın tərtibatçı rəssamları Reyhan Aslanova və Əhməd Nəbiyevdir, plastik həll Ceyhun Dadaşova, musiqilərin seçimi Şamxal Novruzluya aiddir. Tamaşada əsas rolları Xalq artistləri Nübar Novruzova, Qurban İsmayılov, Əməkdar artistlər Şəfəq Əliyeva, Elşən Çarhanlı, Elnur Kərimov, Nəsibə Eldarova, İlham Əsədov, aktyorlar Manaf Dadaşov, İlqarə Tosova, Xalidə Şərifova, Gülbəniz Lətifova, Simuzər Ağakişiyeva, Yasəmən Məmmədova canlandıracaqlar. Ailə-məişət mövzusunda olan əsər əbədi və bəşəri mövzulara orijinal yanaşma sərgiləyir. Pyesin ilk oxunuşunda quruluşçu rejissor Bəhram Osmanov bu cür əsərlərə müraciətin mühüm olduğunu vurğulayıb:

“Ötən ilin yay aylarında bu dramaturqun yaradıcılığı ilə ətraflı tanış oldum, ardıcıl bir neçə pyesini oxudum. Və “Burqanın evi” əsəri mənə son dərəcə ciddi təsir etdi. Yəni burdakı müasirlik, həm də müəllifin türk olması, məhz türk mentallığı içərisindən bəşəri problemlərə yanaşaması məni xeyli düşündürdü. İ.Zeyniyevin özünəməxsus yazı manerası, sadə dialoqlar vasitəsiylə dərin ağrılı problemləri önə çəkməsi məni rejissor kimi cəlb etdi. Əslində bu problemlər - varislər, atalar-oğullar məsələsi zaman-zaman sənətin müraciət etdiyi, gündəmə gətirdiyi mövzulardır. Və mənə elə gəlir ki, dünya nə qədər qabağa getsə də, sənət bu məsələləri düşünəcək, öz baxış bucağından təqdim edəcək.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti