...

Ramzan Kadırovun oğlu türk serialına çəkilir

Mədəniyyət Materials 30 May 2019 16:25 (UTC +04:00)
Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu türk serialına çəkilir
Ramzan Kadırovun oğlu türk serialına çəkilir

Bakı. Trend:

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu türk serialına çəkilir.

Trend-in məlumatına görə, 11 yaşlı Adam "Diriliş Ərtoğrul" serialının çəkilişlərində iştirak edib.

Adamın dayısı Şalin rayonunun administrasiya rəhbəri Turpal Əli İbrahimov deyib ki, bu serial Çeçenistanda yüksək populyarlığı ilə seçilir.

Serial müsəlman türklərinin tarixindən bəhs edir. Ekran işində hadisələr 13-cü əsrdə cərəyan edir. Osmanlı imperiyasının banisi I Osmanın atası Ərtoğrul bəyin həyatı serialda geniş şəkildə işıqlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti