YARAT Müasir İncəsənət Mərkəzində iki sərgi təşkil olunacaq

YARAT Müasir İncəsənət Mərkəzində iki sərgi təşkil olunacaq

Bakı. Trend:

YARAT Müasir İncəsənət Mərkəzində 12 iyul -29 sentyabra kimi Taus Maxaçeva "Şarivari" və Zadi Ça "Maqohalmi övladı və yaradılış sədası" adlı iki sərgi təşkil olunacaq. Hər iki sərginin iş rejimi çərşənbə axşamı - bazar günləri ərzində saat 12:00 – 22:00 aralığını əhatə edir. Giriş sərbəstdir.

Mərkəzdən Trend-ə verilən məlumata görə, geniş yaradıcılıq təcrübəsinə performans, film, qida məhsulları və obyektlərin daxil olduğu çoxprofilli rəssam bu dəfə interaktiv multimedia instalyasiyasını təqdim edir. İnstalyasiya ümumilikdə SSRİ sirkinin ənənələrinə, xüsusən də Bakı Dövlət Sirkinin tarixinə həsr olunmuş, yenicə təqdim edilmiş əsərlər vasitəsilə Qafqaz müasirliyini araşdırır.

Memar Mariya Serova, yazıçı Aleksandr Sneqiryov və geyim üzrə rəssam Panika Derevya ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanmış monumental, çoxlaylı instalyasiyaya mərkəzi heykəltəraşlıq elementi də daxildir. Bu element sərgi müddətində genişləndiriləcək və nizamsız, daim inkişaf edən “şarivari” sirk ruhunu vurğulayacaq. Aparıcı əyləncə növü olmasına baxmayaraq, Sovet sirki nisbətən senzurasız mühit təqdim edirdi. Burada ən cəsarətli və hünərli bəyanatlar vizual və fiziki dil vasitəsilə ifadə edilirdi. Faktlar və uydurma vasitəsilə, bu instalyasiya sovet dövründən postsovet paradiqmasına keçid dövrü, habelə post-postsovet dövrünün bir neçə gələcəyinə qədər, ənənələr, müasirlik və mədəni autentiklik (əsillik) arasında daim dəyişən münasibətləri aşkara çıxarır.

“Şarivari” termini, spesifik sirk hərəkətinə – sinxron şəkildə təqdim edilən çoxjanrlı fərdi və qrup çıxışlarından ibarət kütləvi sirk tamaşasına istinad edir. Hər bir hərəkət və ritm get-gedə sürətlənir və tamaşanın texniki mürəkkəbliyi də artır; sanki artistlər bir-biri ilə rəqabət aparır, öz komik istedadları və məharətlərini, bacarıqlarını, cəsarətlərini və xarakterlərini nümayiş etdirirlər. Çıxışın sonu manej, havada süzən və salto vuran obrazlarla dolu olur.

Taus Maxaçevanın Azərbaycan Milli Arxiv İdarəsinin təqdim etdiyi arxiv sənədləri, filmlər və fotoşəkillərdən hazırlanmış instalyasiyası xaotik, xəyali sirk mühitini yaradır və bura ən qeyri-adi, qəribə məxluqlarla doludur: danışan at, sintetik ayılar, şirin cəhəngində gimnast, gimnastın içində isə qoyun, güclü qadın-mühasib, gümüşü torlu milçək bunlardan sadəcə bir neçəsidir. Tamaşaçıya insan-heyvan piramidasının sirk arenasında doğmaq, VR (virtual reallıq) təcrübəsi və bir çox digər fantastik təcrübələrdə iştirak etmək imkanı təklif olunur. Bu təcrübələr zirək, adətən ziddiyyətli sosial-siyasi qeydlər kimi çıxış edir. Rəssam, müasir zamanın son dərəcə sərsəm sirk prizması vasitəsilə uzaq keçmiş və yaxın gələcək haqqında hekayələr danışır.

Sərginin kuratoru Suad Qarayeva-Malekidir.

YARAT Müasir İncəsənət Mərkəzi Bakı Milli Sirkinin direktoru Vaqif Bağırzadə, sirk tarixçisi Rəcəb Məmmədov, Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivinin direktoru Əsgər Rəsulov, gimnast Tamilla Nəzirova, kloun Lada Sanatskaya, heyvan təlimçiləri Tofiq Axundov və Rauf Rəsulov, sirk şouları və konsertlərinin direktoru Vladimir Vavilov, arxivçi Aida Babazadə və şairə Leyli Salayevaya xüsusi təşəkkürlərini bildirir!

Rəssam haqqında

Taus Maxaçeva (d.1983) Rusiyanın Moskva şəhərində yaşayır və fəaliyyət göstərir. O, müxtəlif mədəniyyətlər və ənənələrin bir-birilə təmasda olduğu zaman nələrin baş verdiyini təhlil edən fəaliyyəti və video əsərləri ilə məşhurdur. Mədəni baxımdan mənşəyi Qafqazın Dağıstan regionundan olan və Moskvada böyümüş sənətçinin təcrübəsi onun sovetləşmədən əvvəlki və sonrakı dövrlərdə eyni anda mövcud olan dünyalarla şəxsi əlaqəsinə əsaslanır. Çox zaman yumoristik tərzdə olan əsərlərində o, müasir dünyada təsvirlər, obyektlər və bədənlərin çevikliyini sınaqdan çıxarmağa çalışır.

Taus Maxaçeva Qoldsmit Universitetindən İncəsənət üzrə bakalavr dərəcəsi (2007) və Kral İncəsənət Kollecində magistr dərəcəsi (2013) üzrə təhsil almışdır.

Seçilmiş sərgilərə Liverpul Biennalesi (2018), İnçuan Biennalesi (2018), Riqa Müasir İncəsənət Biennalesi (2018), Venesiya Biennalesi (2017); Qaraj Triennalesi, (Qaraj Müasir İncəsənət Muzeyi, 2017); ON/OFF Muzeyi (Pompidu Mərkəzi, 2016); Şanxay Biennalesi (2016); Kiyev Biennalesi (2015); Moskva Biennalesi (2015, 2011) və Şarja Biennalesi (2013) daxildir. Taus Maxaçeva 6-cı Moskva Biennalesinin Müasir İncəsənət Fondunun mükafatı (Moskva, 2015), Leypsiq Müasir İncəsənət Muzeyinin “Avropanın gələcəyi” mükafatı (2014) və “Yeni nəsil - innovasiya” Dövlət mükafatına (2012) layiq görülüb.

YARAT Müasir İncəsənət Məkanı, həmçinin 12 iyul–29 sentyabr 2019-cu il tarixlərdə keçiriləcək Koreya-kanadalı rəssam Zadi Çanın fərdi sərgisini təqdim edir. Böyük yeni multimedia layihəsini təqdim edən Zadi Ça atmosfer işıqlandırması, hərtərəfli səs sistemi, iriölçülü videoproyeksiyalar, heykəllər və kostyumlar vasitəsilə seyrçiləri cəlbedici dünyaya dəvət edərək sualtı dəniz mühiti yaradır. Bu əsər “Art Night”, London (22 iyun), “Tramway”, Qlazqo (26 oktyabr – 16 dekabr) və “De La Warr Pavilion”, Bekshill-on-Si (1 fevral – 4 may 2020-ci il) birgə əməkdaşlıq çərçivəsində keçirilir.

Zadi Ça YARAT Mərkəzində, diaspor biliyini gerçəkliyə çevirərək, təsəvvürlərdə olan və öyrənilən Koreya folklorunu bir araya toplayır. Öz cəlbedici dünyası daxilində o, nəhəng ana tanrı Maqo (Maqohalmi) üzərində qurulmuş, Koreya əfsanələrindən ilhamlanan yaradılış hekayəsini təqdim edir. Kainatın yaradılışı zamanı məsuliyyətlərin kişi və qadın arasında bölgüsünə əsaslanan matrilineal sosial strukturlar vasitəsilə qədim əcdadlar haqqında geniş bilik və məlumatları ötürülməsini müəyyən edən, bu işdə zaman keçdikdə ilahələrin mərkəzi statusundan marginallığa doğru bir-birlərini əvəzləmələri müşahidə olunur.

O, öz təcrübəsində bilinməyəni kəşf etmək üçün su və dəniz ekologiyasından metafora kimi istifadə etməklə yanaşı, Kanadanın qərb sahilində boya-başa çatdığı vətəninin mücərrəd obrazlarına da istinad edir. Rəssam çox zaman fantastik sualtı aləmini yaradaraq, bu sərgidə iriölçülü, okeanın hərtərəfli səs sisteminə malik videoproyeksiya və qatil balina sürüsünü (bu element heykəllər silsiləsində də istifadə olunur) nümayiş etdirir.

Sərginin son elementi rəssam tərəfindən ilk dəfə “Art Night 2019” və 58-ci Venesiya Biennalesində istifadə edilmiş, hal-hazırda isə YARAT-da heykəllərin üzərində təqdim edilən kostyum və maskalardan ibarətdir. Bu əsəri, ictimai proqram çərçivəsində Çanın iştirakı ilə seçilmiş, yaradıcılıq fəaliyyətinə yeni başlamış yerli rəssamların performansları tamamlayır.

Sərginin kuratorları “Art Night”-ın bədii rəhbəri Helen Nisbet və kurator assistenti Emi Baddır. Performans proqramının kuratoru Anna Fexdir.

Rəssam haqqında

Zadi Ça müxtəlif mədəniyyətlərin öz identikliyini və özü haqqında təsəvvürləri necə bəyan etmələrini müəyyən etmək məqsədilə canlı performans, video, rəsm və parçalarından istifadə edir. Rəssamın çoxlaylı kostyum əsərləri - musiqi, rəqəmsal məkan, moda və incəsənət tarixindən qaynaqlanan, bədii obrazları özündə birləşdirən özəl mədəniyyət tarixini araşdırmaq üçün obyektlərdir. Rəssam adətən fantastik və fövqəltəbii reallıqlarda yer alan, Asiya haqqında təfərrüatlı identiklik hekayələrinin ifadə edilməsi üçün fərdi vizual dil yaradaraq, tamamilə yeni obrazlar və obyektlər təklif edən fərdi simvollar sistemini işləyib hazırlamışdır.

Zadi Ça (d.1983, Vankuver) hazırda Londonda yaşayır və fəaliyyət göstərir. O, Vankuverdə Emili Karr İncəsənət və Dizayn İnstitutunu bakalavr (2007) və London Kral İncəsənət Kollecini “Rəngkarlıq” üzrə magistr (2014) dərəcəsi ilə bitirib. Ən son fərdi sərgiləri: “Soju Sipping on a Sojourn to Saturn”, Aqustina Ferreyra Gallery, Mexiko (2018), HOMEBOY 3030: Return the Tiger 2 the Mountain, Union Pacific, London (2018) və “The Conch, Sea Urchin and Brass Bell” (kurator Mette Kjærgaard Præst), Pump House, London (2017). Qrup sərgiləri: “Body Armor” (kurator Jocelyn Miller), MoMA PS1, Nyu-York (2018), “Paradise”, Night Gallery, Los-Anceles (2018) və “Four Pillar”, L’inconnue, Monreal (2018). Rəssam, həmçinin Palais de Tokyo, Heyvard Gallery, Serpentine Gallery, Block Universe və Böyük Britaniyada yerləşən Koreya Mədəniyyət Mərkəzi də daxil olmaqla beynəlxalq qalereya və festivallarda əsərlərini nümayiş etdirmişdir.

YARAT haqqında

YARAT Müasir İncəsənət Məkanı qeyri-kommersiya təşkilatı Aida Mahmudova tərəfindən 2011-ci ildə təsis edilib, Azərbaycanın paytaxtı Bakıda yerləşir. YARAT (“yaratmaq” mənasında) müasir incəsənət sahəsində fəaliyyət göstərir və Qafqaz, Mərkəzi Asiya, habelə ətraf regionlarda yaradıcılıq təcrübəsi, araşdırma, düşüncə və təhsil üzrə şəbəkənin yaradılması ilə bağlı uzunmüddətli öhdəlik götürüb.

YARAT Müasir İncəsənət Mərkəzi, ARTIM Layihə Məkanı, YARAT Emalatxanaları, geniş təhsil və ictimai layihələri YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyinin tərkib hissələridir. YARAT İncəsənət Mərkəzi 2015-ci ilin mart ayında açılıb və təşkilatın əsas sərgi məkanı sayılır. Üzü Xəzər dənizinə tərəf açılan və sovet dönəmində hərbi donanma qərargahı olmuş bu yeni 2000m² ərazisi olan mərkəz müasir incəsənətə və onun tədrisinə xidmət edən regional miqyaslı qovşaqdır. Sərgi proqramına regionumuzu təhlil edən rəssamların yeni əsərləri daxildir. Mərkəz tanınmış, beynəlxalq səviyyəli rəssamlarla əməkdaşlıq edərək onların sərgilərini nümayiş etdirir, regiondan olan rəssamları da dəstəkləyir və onlara əsərlərini nümayiş etdirməyə imkan yaradır.

2015-ci ilin oktyabrında, YARAT, Bakıda, qədim İçərişəhərdə, münasib və dinamik məkan olan ARTIM Layihə Məkanını təsis etdi. ARTIM ( “tərəqqi” mənasında) – açıq müsabiqə vasitəsilə seçilən, Azərbaycanın perspektivli incəsənət peşəkarları və rezidentura proqramında iştirak edən beynəlxalq rəssamların eksperimental təcrübələri və yeni əsərlərini nümayiş etdirir. Hər il ARTIM Layihə Məkanında bir çox kiçik miqyaslı layihələr və ARTIM Lab proqramı keçirilir. Bu proqram, gənc rəssamların seminarlarda iştirak etməsinə, gündəlik emalatxana təcrübələrinə cəlb olunmasına, yeni ideyalar və əsərlər yaratmasına imkan verir.

Əsası 2016-cı ildə qoyulmuş YARAT Rezidentura Proqramı, müxtəlif sahələr üzrə açıq, tədqiqat əsaslı, təcrübəli Azərbaycan rəssamları və regionumuzu kəşf etməkdə maraqlı olan əcnəbi rəssamlar üçün nəzərdə tutulmuşdur. Bu proqram üç ay ərzində iştirakçılara öz əsərlərini hazırlamağa və çoxsaylı rəssamlar, kuratorlar və kolleksiyaçılar ilə dialoq aparmağa imkan yaradır. Rezidentura proqramı çərçivəsində, YARAT Emalatxanalarının məkanında il ərzində 6 beynəlxalq və 4 yerli rəssam iştirak edir. Proqramın sonunda hazırlanmış sənət əsərləri ARTIM Layihə Məkanında nümayiş olunur. Yarandığı gündən təhsil layihələri YARAT-ın fəaliyyətlərinin əsas məqsədini təşkil edir. YARAT, müxtəlif kurslar, seminarlar, mühazirələr, film nümayişləri, festivallar, ədəbiyyat və teatr klubları, habelə ailəvi həftə sonlarının daxil olduğu peşəkar ictimai proqramlar ilə, bütün yaş kateqoriyalarına aid geniş auditoriya ilə təmasda olmağa çalışır, ictimai proqramlar, həmçinin icmaların qurulmasını və müasir incəsənətin təbliğini fəal şəkildə həyata keçirir.

“Art Night” haqqında

“Art Night” Londonu hər il bir unudulmaz gecəyə çevirən ən böyük müasir incəsənət festivalıdır. Hər il buraya Londonun fərqli bir hissəsinin tarixini, mədəniyyətini və memarlığını araşdırmaq üçün aparıcı incəsənət təşkilatı və ya kurator dəvət olunur. Burada karyeralarının müxtəlif mərhələlərində olan xarici və yerli sənətçilərə yeni əsərlər, unikal tədbirlər həyata keçirmək üçün maliyyə dəstəyi verir. Bununla yanaşı, “Art Night” açıq proqramı kurator ideyaları və mədəni marşruta uyğun olaraq yerli təşkilatların, müstəqil sənətçilərin və kuratorların festivalda iştiraklarını təklif edir. “Art Night” özünün “İrs” proqramı vasitəsilə il boyu birgə fəaliyyət, ictimai kolleksiyalar üçün satınalma, daha uzunmüddətli nümayiş dövrləri təmin etməklə Birləşmiş Krallığın incəsənət sektoruna töhfə verir. Festivalın ideya müəllifləri və təsisçiləri Kseniya Zemtsova və Filippin Nquyendir.

Evində ölü tapılan tağım komandiri ürək çatışmazlığından vəfat edib
Evində ölü tapılan tağım komandiri ürək çatışmazlığından vəfat edib
İsmayıllı sakinindən qanunsuz saxladığı tüfəng götürülüb
İsmayıllı sakinindən qanunsuz saxladığı tüfəng götürülüb
Oteldə müğənnini öldürməyə cəhd edən şəxsə 10 il cəza verildi
Oteldə müğənnini öldürməyə cəhd edən şəxsə 10 il cəza verildi
Loading Bars
Xəbər lenti
Prezident İlham Əliyevin siyasətinin mərkəzində hər zaman vətəndaş rifahının təminatı dayanıb - TƏHLİL
"Omikron" ştammına qarşı ən effektiv üsul "buster" doza vaksinasiyadır
Türk Hava Yolları İdarə Heyətinin sədri istefa verib
Evində ölü tapılan tağım komandiri ürək çatışmazlığından vəfat edib
Azərbaycan Prokurorluğu Almaniyanın hüquq mühafizə orqanları ilə əlaqələri genişləndirir (FOTO)
Azərbaycanda ictimai iaşə dövriyyəsinin həcmi açıqlanıb
AHİK sədri korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşların mükafatlandırılması mərasimində iştirak edib
İsmayıllı sakinindən qanunsuz saxladığı tüfəng götürülüb
Zəngilan Hava Limanı beynəlxalq məkan indeksləri kataloquna daxil edildi
Bakıda qanunsuz parklanma ilə bağlı reyd: 180-dən çox sürücü cərimələndi (FOTO/VİDEO)
Ceyhun Bayramov Kolumbiyanın Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
“Ümumi tranzit proseduru üçün gömrük zəmanət sistemi” mövzusunda seminar keçirilib (FOTO)
Kuba Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyir - Səfir (FOTO)
Əlilliyi olan məhkumların hüquqlarının müdafiəsi Ombudsmanın diqqətindədir (FOTO)
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası insidentlərin qarşısını almağa imkan verəcək - Rusiya XİN
Bakıda keçiriləcək batut gimnastikası üzrə Dünya Kubokunda Azərbaycanı Selcan Maqsudova təmsil edəcək
Oteldə müğənnini öldürməyə cəhd edən şəxsə 10 il cəza verildi
Azərbaycanda bu şəxslərin “Qırmızı Siyahı”sı hazırlanacaq
Füzuli sakinləri Beyləqanda pulemyot satarkən tutuldu (FOTO/VİDEO)
Yanvarın 28-nə USD/AZN rəsmi məzənnəsi
Xəzərdən nərə balıqlarını qanunsuz ovlayan şəxslərə cinayət işi açılıb
Ən iddialılar "Teknofest"də yarışır
Kürdəmir sakinindən heroin və tiryək götürülüb
Unibankın 20 milyon manatlıq istiqrazı uğurla yerləşdirilib
Televiziya kanalları HD yayıma keçir, bunun üçün insanlar nə etməlidir? - MTRŞ sədrindən açıqlama (ÖZƏL)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 3 361 nəfər koronavirusa yoluxub, 14 nəfər ölüb
Sənaye zonalarında ixracın həcmi əvvəlki illə müqayisədə 2,7 dəfə artıb
Bir neçə qurum avtomobillərini ucuz qiymətə satışa çıxarır
DOST mərkəzlərində "onlayn növbə" və "surdotərcümə" xidmətləri istifadəyə verildi
Azərbaycanda 3 helikopter satışa çıxarılır (FOTO)
Paşinyan Türkiyəyə səfər edə bilər
Yelo Bankdan gömrük işçilərinə zaminsiz və komissiyasız kredit!
Azərbaycan və Türkmənistanın “Dostluq” yatağı üzrə Birgə İşçi Qrupunun növbəti iclası keçirilib
Mingəçevir Dövlət Universitetində növbəti tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb
İranda daha 30 nəfər koronavirusdan ölüb
Prezident İlham Əliyevin vəkillik fəaliyyətinə böyük önəm verməsi işimizdə köklü dəyişiklik yaradıb - Vəkillər Kollegiyasının sədri (VİDEO)
Göygöldəki Psixonevroloji Sosial Xidmət Müəssisəsində 135 şəxsə stasionar şəraitdə sosial xidmətlər göstərilir (FOTO)
Tural Sadıqlı və Fikrət Hüseynov barəsində axtarış elan olunub
AAYDA və "Azərsu" ASC birgə məlumat yayıb (FOTO)
Korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlar mükafatlandırılıb (FOTO)
Ağacları zədələyən şirkət cəzalandırılıb
İsa Həbibbəyli və Gövhər Baxşəliyevaya yeni vəzifə verildi
Azərbaycanda sənaye zonalarına qoyulan investisiyanın həcmi açıqlanıb
Əjdər Olun məhkəməsi keçirilib
Vladimir Putin Türkiyəyə səfər edəcək
Vətəndaşların məmnunluğu dövlətimiz üçün vacibdir - Naqif Həmzəyev
Təhsil Nazirliyindən direktorun rüşvət istəməsinə dair səs yazısı ilə bağlı AÇIQLAMA (VİDEO)
Hafiz Məmmədov barəsində həbs qərarı verilib - Rəsmi
Ziraat Bank Azərbaycan real sektorun etimadını qazanmağa davam edir
Avtobusda, maşında yol gedərkən ürəyi bulananlara - Həkim tövsiyəsi
Xaricdən gələn şübhəli zənglərin 90 faizə yaxını bloklanıb - Nazir müavini
Ukraynada əsgər 5 hərbçi yoldaşını belə öldürüb (VİDEO)
Rusiyada bir gündə 88 mindən çox şəxs koronavirusa yoluxub
Qarabağa səfər edən hər kəs Ermənistanın dağıdıcı fəaliyyətinin nəticələrini görə bilər - Fərid Şəfiyev
Hazırda güzəştli pensiyalarla bağlı araşdırmalar aparılır - Anar Əliyev
Sabah hava necə olacaq?
Vətən müharibəsi iştirakçılarının siyahısı tərtib olunub Zəfər altsisteminə daxil ediləcək - Nazir müavini
SOCAR AQŞ və İraq Qazma Şirkəti arasında protokol imzalanıb
"Baktelecom" və "Aztelekom"un birləşdirilməsi planlaşdırılır - Rövşən Rüstəmov
Azərbaycana gələn yük avtomobilindən 4600 ədəd siqaret aşkarlanıb
Təhsil Nazirliyi Gəncə Dövlət Universitetində xaricdə doktorantura təhsili və beynəlxalq ikili diplom proqramı ilə əlaqədar görüş keçirib (FOTO)
Azərbaycanda yeni 5G tezliklərinin paylanması cədvəli təsdiqlənib - Nazir müavini
Bank VTB (Azərbaycan) ASC-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək
Postmüharibə reallıqlarında regional əməkdaşlığın yeni imkanları. Zəngəzur dəhlizi - “Əsas məsələ”də müzakirə (FOTO/VİDEO)
Qəbələdə tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib
Hindistanın Respublika Günü qeyd edilib (FOTO)
Azərbaycanın azad edilmiş ərazilərdə 13 layihə üzrə 9 yolun tikintisi başlayıb - Müşavir
Peyvənddən 5 ay sonra immunitet zəifləməyə və virusu unutmağa başlayır - Baş infeksionist
Rafael Cəbrayılov vəfat etdiyi üçün bütün işləri onun üstünə atırsınız - Hakim
Ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır (FOTO)
Operatorlar dövlət müəssisələrinin balansındakı kabel şəbəkələrindən icazəsiz istifadə edir - Nazir müavini
Azərbaycan-İran əməkdaşlığı regional sülhə və tərəqqiyə xidmət edir - Kamaləddin Qafarov
Sosial məsuliyyət istiqamətində stimullaşdırıcı tədbirlər nəzərdə tutula bilər - Fərid Qayıbov
Yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsinə cinayət işi başlanılıb (FOTO/VİDEO)
Azərbaycan qlobal səviyyədə antisemitizmlə mübarizə və multikulturalizmin dəstəklənməsində öz rolunu oynayıb - BMT rəsmisi
Rəsmi iş yeri olmayanlar icbari tibbi sığortadan yararlana bilər?
Aİ aqroturizmin inkişafı sahəsində təcrübəsini Azərbaycanla bölüşür - Peter Mixalko
Azad edilmiş ərazilərin 35 faizi teleradioyayımla əhatə olunub – Nazir müavini
“Məşğulluq marafonu” çərçivəsində 1600-dən çox şəhid ailəsi üzvü və qazi işlə təmin olunub - Nazir
Son 3 ildə sosial paketlər üçün 5 milyard manat ayrılıb - Sahil Babayev
Zəngilan və Laçın hava limanlarının tikintisinə hazırlıq işləri aparılır - Nazir müşaviri
Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində aparıcı rol oynayır - Aİ nümayəndəliyinin rəhbəri
Azərbaycanda sənaye zonalarında istehsal edilən məhsulun dəyəri açıqlanıb
Bakı Taksi Xidmətinə özəl investisiyaların cəlb edilməsi planlaşdırılır
Bakıda havanın keyfiyyəti yaxşılaşıb - ETSN
Azərbaycan böyük yəhudi icmasının yaşadığı unikal müsəlman ölkəsidir - İsrail səfiri (FOTO)
Xızıda evlərdən oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
“Muğanbank”ın xalis mənfəəti 2 dəfədən çox artıb
2024-cü ilədək bütün ölkənin internetlə təmini planlaşdırılır - Nazir müavini
Magistraturaya sənəd qəbulunun vaxtı açıqlanıb
Azərbaycan neftinin qiyməti 94 dollara çatır
İsraildə 18 yaşdan yuxarı şəxslər üçün dördüncü doza vaksinə icazə verilib
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Binə qəsəbəsində yeni inşa edilmiş Tədris və Xidmət Kompleksinin açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Ötən gün 25 yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib (VİDEO)
Yeni sistem sərnişin və yükdaşımada məmur-sahibkar təmasını minimuma endirəcək - Nazir müşaviri
Karantini pozan şadlıq sarayının sahibi barəsində material məhkəməyə göndərilib
12 koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb
Azərbaycan və Gürcüstan “Bir kəmər, bir yol” layihəsində əsas rol oynayır - "Hualing" Azad Sənaye Zonasının rəhbəri (Müsahibə) (VİDEO)
Xarici valyutaların manata qarşı məzənnələri
Bütün xəbərlər