...

Azərbaycan Rəqs Açıq Kuboku keçirilib (FOTO)

Mədəniyyət Materials 12 Dekabr 2019 00:17 (UTC +04:00)
“Azərbaycan Rəqs Açıq Kuboku 2019” adlı rəqs müsabiqə keçirilib.
Azərbaycan Rəqs Açıq Kuboku keçirilib (FOTO)

Bakı. Trend:

8 dekabr Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyası təşkilatçılığı ilə Sərhədçi İdman Olimpiya Mərkəzində “Azərbaycan Rəqs Açıq Kuboku 2019” adlı rəqs müsabiqə keçirilib.

Trend-in məlumatına görə, yarışmaya təşkilatı dəstək Jam Group komandası tərəfindən göstərilir.

Yarışda hip-hop, rəqs şousu, klassik rəqs, milli rəqs, folklor stilizasiyası, dünya xalqlarının rəqsləri, oriyental, hind və solo rəqslər nümayiş olunub. Əsas mübarizə "Folklor stilizasiya" və "Bollywood" rəqs növlərində olub.

Azərbaycan Gənclər İttifaqının İdarə Heyətinin üzvü Əziz Əzizov deyir – "İlk öncə qalibləri,­ iştirakçıları və onların rəhbərlərini təbrik etmək istəyirəm. Bu hamı üçün çox ­böyük və çətin iş idi. Qələbə işin əla görülməsinin ən yaxşı sübutudur. Biz isə­ öz növbəmizdə çalışırıq ki, yarışlara daha çox diqqət olsun. Biz Azərbaycanın gənclərinə göstərmək istərdik ki, rəqsin inkişafı bizim həyatımızda böyük əhəmiyyət daşıyır. Bu sənətin inkişafına təkan vermək və gənc istedadlı rəqqasları müsabiqələrə cəlb etmək istədik. Rəqs - duyğu və düşüncələrin bir ifadəsidir. Rəqs müxtəlif komplekslərdən qurtarmaq, qabiliyyəti genişləndirmək, ictimaiyyətdə qorxunu yox etməkdə kömək edir və istirahət etməyi öyrədir. Rəqs sözsüz ətraf ilə danışmağın, özünə və başqalarına qarşı münasibətin ifadəsidir".

Aşağıda 1 Yerlərin siyahısı verilib:

Show dance:
Small group – Baby –Ayselin rəqs studiyası ( Br. Aysel Hüseynova)
Formation – Child –Asiman rəqs ansamblı ( Br. Vahid Səlimov)
Mini production –Smiles ( Br. İradə Vəliyeva)
Solo – Child –Buta rəqs ansamblı ( Br. Zaur Qasımov)
Modern:
Mini production –Fidan rəqs ansamblı ( Br. Gülnarə Yaqubova)
K-Pop:
Formation – Yunior –The Legend ( Br. Eqor Anisimov)
Hip-Hop show:
Small group – Ergin –Black Zone ( Br. Rövşən Babayev)
Belly dance:
Solo – Adults –Lena Sultanova
Bollywood:
Solo – Baby –Ayan rəqs qrupu ( Br. Sonaxanım İsmayılova)
Solo – Child –Verbal dance studio ( Br. Roza İsayeva)
Solo – Child –Buta rəqs ansamblı ( Br. Zaur Qasımov)
Small group – Baby –Qaval rəqs qrupu ( Br. Leyla Aslanova)
Duet – Child –Xədicə Tovuz rəqs kollektivi ( Br. Arif Məmmədrzayev)
Solo – Yunior –Buta rəqs ansamblı ( Br. Zaur Qasımov)
Formation – Yunior –Dövlət Təhlükəsizlik xidməti Mədəniyyət mərkəzinin uşaq rəqs ansamblı ( Br. Günay Muradi)
Solo – Adults –Oksana Pavlova
Folk stayl:
Solo – Baby –Xaçmaz rayon uşaq incəsənət məktəbi ( Br. Səriyyə Müsəvi)
Formation – Baby –Verbal dance studio ( Br. Roza İsayeva)
Solo – Child –Buta rəqs ansamblı ( Br. Zaur Qasımov)
Duet – Child –Günəş tədris mərkəzi ( Br. Səbinə Həsənova)
Small group – Child –Buta rəqs ansamblı ( Br. Zaur Qasımov)
Formation – Child – Grand Prix – Jam SS ( Br. İmam Baxışov)
Formation – Child –Graciya ( Br. Nigar Əliyeva)
Solo – Yunior –Qaval rəqs qrupu ( Br. Leyla Aslanova)
Duet – Yunior –Xədicə Tovuz rəqs kollektivi ( Br. Arif Məmmədrzayev)
Small group – Yunior –Graciya ( Br. Nigar Əliyeva)
Formation - Yunior –Qarabağ rəqs ansamblı ( Br. Gülşən Səfərova, Nərgiz Babayeva)
Formation – Ergin –Asiman rəqs ansamblı ( Br. Vahid Səlimov)
Mini production –Graciya ( Br. Nigar Əliyeva)

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti