Bakı. Trend:
Yanvarın 30-da Beynəlxalq Muğam Mərkəzində “Muğam. Nəsillərdən-nəsillərə” adlı yeni layihənin təqdimatı olub.
Trend-in məlumatına əsasən, Muğam Mərkəzinin yeni layihəsinin əsas məqsədi gənc ifaçılara dəstək göstərməkdir.
Layihənin ilk solo ifaçısı xanəndə Malik Həsənov eyni səhnəni Əməkdar artist Firuz Səxavət və Əməkdar mədəniyyət işçisi aşıq Ədalət Dəlidağlı ilə bölüşüb.
Gecədə ifaçıları Rövşən Qurbanov və “Buta” ansamblı müşayiət edib.
Mədəniyyət, elm, incəsənət və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konsert maraqla qarşılanıb.