...

Beynəlxalq Muğam Mərkəzində “Bizi birləşdirən mədəniyyət” layihəsinin canlı yayımları davam edir

Mədəniyyət Materials 9 İyun 2020 11:38 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində “Bizi birləşdirən mədəniyyət” layihəsinin canlı yayımları davam edir
Beynəlxalq Muğam Mərkəzində “Bizi birləşdirən mədəniyyət” layihəsinin canlı yayımları  davam edir

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzindən (BMM) "Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində canlı yayımlar davam etməkdədir.

Mərkəzdən Trend-ə verilən məlumata görə, ötən həftə BMM–dən layihənin 3 canlı efiri yayımlanmış və tamaşaçılar eləcə də sosial şəbəkə izləyicilər tərəfindın maraqla izlənilmişdir.

Uşaqların müdafiə günü ilə əlaqədar hazırlanan xüsusi canlı efirdə musiqi məktəblərinin istedadlı şagirləri çıxış edərək azərbaycan musiqi mədəniyytinin sabahının parlaqlığını nümayiş etdirmişlər. Növbəti günlərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti efirin qonağı olmuş, universitetin rektoru, professor Ceyran Mahmudova təhsil ocağının fəaliyyətindən söz açmışdır. Həmin gün universitetin tələbələri maraqlı konsert proqramı ilə cıxış etmişlər.

Xalq artisti Zəhra Quliyeva, violin ifaçısı Osman Mustafazadə də həftə ərzində canlı efirin qonağı olublar. Xalq artisti onlayn dərslər və tələbələrinin uğurları ilə bağlı düşüncələrini bölüşüb.

Əməkdar artist , rejissor Nicat Kazımov, ifaçılar Pərvin Lətifov və Aydan Rüstəmzadə də canlı efirin qonaqları sırasında olublar.

BMM-nin solisti, V Muğam Televizya Müsabiqəsinin qalibi Nisbət Sədrayeva “Bizi birləşdirən mədəniyyət” efirində sənətə gəlişi, musiqi təhsili və muğam sənəti ilə bağlı düşüncələrini bölüşüb. Həmin gün Aviasiya işçilərinin peşə bayramı da canlı efir vasitəsilə təqdim olunub. 5 iyun Şairlər günündə Xalq artisti ADMİU-nin Muğam kafedrasının müdiri Teyyub Aslanov və Əməkdar artist Azad Şükürovun qonaq olduğu canlı efir unudulmaz şair Mikayil Müşfiqə həsr edilib. Qonaqlar Müşfiq həyatı və yaradıcılığından söz açıb, tələbələrin ifasında şairin şeirləri və sözlərinə bəstələnmiş mahnılar ifa edilib.

BMM-nin solistləri və Muğam Televiziya müsabiqəsinin qaliblərinin iştirak etdiyi həftəiçi buraxılışlarda həm milli musiqi həm də klassik musiqilərə yer verilib.

Qeyd edək ki, “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişləri həftəiçi canlı olaraq BMM-dən yayımlanır. Canlı yayımlar, eyni zamanda, BMM -nin “Facebook” səhifəsindən də təqdim edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti