...

BMM "Muğam axşamları" adlı genişmiqyaslı onlayn layihəni uğurla həyata keçirir (VİDEO)

Mədəniyyət Materials 26 İyun 2020 16:57 (UTC +04:00)
BMM "Muğam axşamları" adlı genişmiqyaslı onlayn layihəni  uğurla həyata keçirir (VİDEO)

Bakı. Vüqar İmanov - Trend:

Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Muğam axşamları” adlı layihəsinin konsertləri mərkəzin Youtube kanalı vasitəsilə yayımlanaraq izləyicilərə təqdim olunur.

Trend-in məlumatına görə, BMM-in yeni yaradılan TV studiyası tərəfindən BMM-nin Youtube kanalı, Facebook və İnstagram səhifələri vasitəsilə yayımlayanan konsertlərdə solistlərimiz bir-birindən fərqli ifalarını muğamsevərlərə təqdim edirlər. Bu günə kimi layihə çərçivəsində 4 konsert çəkilərək nümayiş olunub. Xanəndələrin ifasında muğam və təsniflər səslənib.

Muğam televiziya Müsabiqəsinin qalibləri Almaxanım Əhmədli, Hüseyn Məlikov, Rəvanə Qurbanova və Elgiz Əliyevin çıxışları izləyicilər tərəfindən maraqla qarşılanıb. Layihənin konsertlərini təqdim olunan linkdən izləyə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti