...

Ağdamda erkən dəmir dövrünə aid saxsı məişət əşyaları aşkarlanıb

Mədəniyyət Materials 3 Dekabr 2020 11:12 (UTC +04:00)
Ağdamda erkən dəmir dövrünə aid saxsı məişət əşyaları aşkarlanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Ağdam rayonunun Bənövşələr qəsəbəsində qədim dövrə aid maddi-mədəniyyət nümunələri - iki ədəd saxsı qab və çoxlu saxsı qırıntılar aşkar olunub.

Azərbaycan Milli Elmlər Akademiyasından Trend-ə verilən məlumata görə, aşkar edilən mədəniyyət nümunələri Ağdam Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib. Muzeyin direktoru Ülvi Qədirov aşkar olunan saxsı qablardan birinin qara cilalı olmasının maraq doğurduğunu deyib, bu qabın muzeydə qara cilalı ilk saxsı eksponat olduğunu söyləyib.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ arxeoloji ekspedisiyasının rəhbəri, professor Hidayət Cəfərov isə bildirib ki, tapıntılar son tunc - erkən dəmir (e.ə. XII-XI əsrlər) dövrünə aiddir və yaxınlıqdakı Palıdlı nekropolunun materialları ilə eyni tiplidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti