...

Rusiya prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb

Mədəniyyət Materials 16 May 2021 21:47 (UTC +04:00)
Rusiya prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın iki mədəniyyət xadimini mükafatlandırıb.

Trend-in məlumatına görə, Rusiya Federasiyası Prezidentinin Fərmanı ilə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev “Puşkin” medalı ilə, teatrın baş rejissoru Aleksandr Şarovski “Dostluq” ordeni ilə təltif edilib.

Sənəddə qeyd edildiyi kimi, Azərbaycan mədəniyyət xadimləri Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsinə və Azərbaycanda rus teatr sənəti ənənələrinin qorunub saxlanılmasına verdiyi böyük töhfələrə görə mükafatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti