...

“İRS” silsiləsindən yeni nəşrlərin təqdimatı olub (FOTO)

Mədəniyyət Materials 3 Noyabr 2021 16:39 (UTC +04:00)
“İRS” silsiləsindən yeni nəşrlərin təqdimatı olub (FOTO)

Bakı. Fərid Zöhrabov -Trend:

Noyabrın 3-də Beynəlxalq Muğam Mərkəzində “Qarabağın qara kitabı” və “Qarabağ – qələbəyə doğru” kitablarının təqdimat mərasimi keçirilib.

Trend xəbər verir ki, Yeni nəşrlər Mədəniyyət Nazirliyi, “Paşa Həyat Sığorta” ASC, “Azərbaycan Hava Yolları” QSC və “IRS Publishing House”un 2013-cü ildən birgə həyata keçirdiyi “İrs” silsiləsi layihəsi çərçivəsində ərsəyə gəlib.

Nəfis tərtibatı və yüksək bədii-estetik görünüşü ilə diqqəti cəlb edən kitablarda Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasının ərazilərinin işğalı, işğal nəticəsində mədəni irs nümunələrimizin dağıdılması və vandalizmə məruz qalmasından geniş bəhs olunur. Yeni nəşrlərdə Vətən müharibəsi, Zəfərə aparan yol və doğma torpaqlarımıza yenidən həyatın qaytarılması istiqamətində görülən işlər də öz əksini tapıb.

Qeyd edək ki, “İrs” layihəsi çərçivəsində indiyədək “Qədim qalanın yuxuları”, “Qobustan – minilliklər kitabı”, “Təbrizin sehrli nağılları”, “Naxçıvan – Şərqin əfsanəsi”, “Məftun edən şəhər”, “Bakı simfoniyası”, “Daş keşikçilər”, “Qarabağ – əsrlərin salnaməsi”, “Salam, Azərbaycan!” və “Şəki – gözəlliyin sehri”adlı kitablar işıq üzü görüb. “İRS” seriyasından nəşr olunan kitablar Azərbaycanın tarixi-mədəni zənginliyini müxtəlif dillərdə oxuculara tanıdır, təbliğ edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti