Bakı. Trend:
Nuru Paşa (Mustafa Nuri Killigil) komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi və Bakının işğaldan azad edilməsinin 104-cü ildönümü münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən yağlı boya rəsm müsabiqəsi təşkil ediləcək.
Mövzu: Nuru Paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycana gəlişini, Bakının işğaldan azad edilişini və Nuru Paşanı necə təsvir edərdiniz?
İştirak şərtləri və müraciət qaydası
• Müsabiqədə hər yaş kateqoriyası üzrə iştirak mümkündür;
Xüsusilə rəssamların, rəssamlıq təhsili alan şəxslərin və
tələbələrin iştirakı arzu edilir.
• İştirakçılar öz rəsmlərində hər növ yağlı boya materiallarından
istifadə edə bilərlər.
• Hər bir iştirakçı müsabiqəyə bir rəsm işi təqdim edə bilər.
• Rəsmlərin formatı 50 sm (şaquli) x 70 sm (üfüqi) və ya 70 sm
(şaquli) x 90 sm (üfüqi) ölçülərində olmalıdır.
• Müsabiqəyə göndəriləcək rəsmin üz tərəfində iştirakçının imzası
və ya ləqəbindən başqa heç bir məlumat yazılmamalıdır.
• Rəsmlərin, iştirakçının məlumatlarının (ad, soyad, telefon,
ünvan) etiketlə tablonun arxa tərəfinə yapışdırılması və
Səfirliyimizə şəxsən və ya poçt/karqo vasitəsilə çatdırılması
gözlənilir. Poçt/karqo xərci Səfirliyimiz tərəfindən
qarşılanacaq.
• Poçt və ya karqo vasitəsilə göndərilən rəsmlər zədələnməyəcək
şəkildə çatdırılmalıdır. Zərər görmüş işlər nəzərə alınmayacaq.
• Səfirliyimiz göndərilən bütün rəsmlərin təmsil etmək və
sərgiləmək hüququna malikdir, rəsmlərə görə heç bir ödəniş
edilməyəcək.
• Müsabiqəyə göndəriləcək rəsmləri qiymətləndirəcək Münsiflər
heyəti Səfirliyimiz tərəfindən rəssamlıq sahəsində mütəxəssis olan
üzvlərdən təyin ediləcək.
• Müraciətin başlama tarixi 9 iyul 2022-ci il şənbə günü, bitmə
tarixi isə 2 sentyabr 2022-ci il cümə günüdür. Müsabiqənin yekun
nəticələri Səfirliyimizin sosial media hesabları vasitəsilə elan
olunacaq. Münsiflər heyəti tərəfindən sərgilənməsi məqsədəmüvafiq
hesab edilən rəsmlər rəssamların iştirakı ilə 15 sentyabr 2022-ci
il tarixi həftəsində Səfirliyimizdə və müxtəlif sərgi salonlarında
nümayiş etdiriləcək.
Ünvan və əlaqə vasitələri
Ünvan: Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı
Səfirliyi
Səməd Vurğun küçəsi 134, Bakı
Tel: +994 444 73 20, e-poçt: [email protected]
Twitter: https://twitter.com/TCBakuBE
Facebook: https://www.facebook.com/TCBAKUBE/