...

Bakıda ilk dəfə "Altın Zirvə 2022" mükafatı öz sahiblərinə təqdim olunub (FOTO)

Mədəniyyət Materials 24 Avqust 2022 14:19 (UTC +04:00)
Bakıda ilk dəfə "Altın Zirvə 2022" mükafatı öz sahiblərinə təqdim olunub (FOTO)

Bakı. Trend:

Black Blue Media & Caspian Events Group iş birliyi ilə ölkəmizdə "Altın Zirvə 2022" mükafatı öz sahiblərinə təqdim olundu.​

Ötən günlərin birində baş tutan gecədə çoxsaylı məhşur simalar,media nümayəndələri,iş adamları və şirkətlər iştirak etdi. Mükafat il ərzində fərqlənən, yaddaqalan və daha çox izlənilən – şəxslərə və şirkətlərə təqdim olundu. Qaliblər sirasında xalq artisti Mələkxanım Əyyubova, Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bankini (İtaliya), mügənnilər Ayaz Babayev, Şöhrət Məmmədov, Mirələm Mirələmov, Rəsul Əfəndiyev, professor İradə Hacıyeva, TREND İnformasiya Agentliyinin jurnalisti Vüqar İmanov, marketinq meneceri Zərifə Rəhimova və başqaları yer aldı. Gecənin aparıcısı əməkdar artist Elnur Kərimov və Nevidə Çiçəyə həvalə edilib. Qeyd edək ki, bu layihə ölkəmizdə​ ilk dəfə təşkil olunur. Türkiyə üzrə layihə rəhbəri - Enes Furkan Bilgiçli, Azərbaycan üzrə layihə rəhbəri - Tural Ələkbərov.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az.

Xəbər lenti

Xəbər lenti