...

Beynəlxalq Muğam Mərkəzində "Baxa qayıdış" konserti keçirilib (FOTO/VİDEO)

Mədəniyyət Materials 27 Oktyabr 2022 14:39 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində "Baxa qayıdış" konserti keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

Cadenza Contemporary Orchestra 25 oktyabr saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində növbəti konsertini keçirdi.

Trend-in məlumatına görə, “Bach’a qayıdış” adlanan bu konsertdə pianoçu Zakir Əsədov dahi alman bəstəkarı İ.S.Baxın həyatının son dayanacağı olan Leypziq şəhərində yazılmış üç konsertini (f-moll, E-dur, d-moll) Cadenza Contemporary Orchestra ilə birgə ifa etdi. Z.Əsədovun temperamentli ifası, yüksək bədii zövqü, İ.S.Bax musiqisinin incə lirizmi, solğun melanxoliyası və bütün bunların fonunda Barokko dövrünün aristokrat ruhu dinləyiciləri sanki XVIII əsrin sakit Leypsiq şəhərinə aparmışdı. Bu konsert deyildi, “Bach’a qayıdış” idi.

Qeyd edək ki, Zakir Əsədov musiqi təhsilinə Bülbül adına Orta ixtisas musiqi məktəbinin forpepiano sinfində başlamış daha sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi akademiyasında bakalavriat və magistratura ixtisası üzrə təhsilini davam etdirmişdir. Respublika və beynəlxalq müsabiqələr laureatı olan Zakir Əsədov 2006-2013-cü illərdə Azərbaycanın nüfuzlu müasir musiqi ansambllarından olan “Con tempo”nun solisti olmuşdur. fortepiano konsertləri də daxil olmaqla 50-yə yaxın müxtəlif həcmli fortepiano əsərinin ilk ifaçısıdır. Zakir Əsədov peşəkar pianoçu olmaqla yanaşı, həm də tədqiqatçı, “Georgi Şaroyev fenomeni” adlı monoqrafiyanın müəllifidir. 2018-ci ildə yazılmış bu monoqrafiyada Azərbaycan professional fortepiano məktəbinin banilərindən biri olan G.Şaroyevin həyatı, yaradıcılığı və pedaqoji fəaliyyəti geniş şəkildə işıqlandırılmışdır. Monoqrafiya Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuşdur.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti