...

"Avatar: Suyun yolu" filmi 855 milyon dollar gəlir əldə edib

Mədəniyyət Materials 26 Dekabr 2022 01:20 (UTC +04:00)
"Avatar: Suyun yolu" filmi 855 milyon dollar gəlir əldə edib

Bakı. Trend:

Rejissor Ceyms Kemeronun "Avatar: Suyun yolu" filmi dünya üzrə 855 milyon dollar gəlir əldə edib.

Trend xəbər verir ki, bu barədə bazar günü "NBC News" məlumat yayıb.

Məlumata əsasən, sözügedən gəlirin 254 milyon dolları ABŞ-ın payına düşür. Analitiklər hesab edir ki, havaların soyuması və qış fırtınaları ABŞ kinoteatrlarında bilet satışının azalmasına gətirib çıxarıb.

Kemeronun sözlərinə görə, hazırda satışdan əldə edilən vəsait filmi gəlirli hesab etmək üçün lazım olan məbləğin yarısından azdır.

Qeyd edək ki, 2009-cu ildə nümayiş olunmuş ilk "Avatar" filmi dünya üzrə 2,9 milyard dollar gəlir gətirib və tarixdə ən uğurlu film titulunu saxlamaqdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti