Bakı. Trend:
Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları” layihəsinin növbəti konserti keçirildi.
Trend-in məlumatına görə, musiqi gecəsində “Bayatı Qacar” və “Şüştər” muğamlarını mərkəzin solistləri Əməkdar artist Sevinc Sarıyeva, xanəndələr Rəvanə Qurbanova, Nisbət Sədrayeva və Məmməd Nəcəfov təqdim etdilər. Xanəndələri tarzən Rövşən Qurbanov, kamança ifaçısı Ceyhun Bayramov, qanun Əməkdar artist Təranə Əliyeva, nağara Amil Mustafayev, ud Vasif Yusibli müşayət etdilər.
Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də “Muğam axşamları” layihəsidir. Layihənin rəhbəri BMM-in direktoru, Xalq artisti Murad Hüseynovdur. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərir. “Muğam axşamları” layihəsi 2017-ci ildən həyata keçirilir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az