...

Beynəlxalq Muğam Mərkəzində Bəyimxanım Vəliyevanın solo konserti keçiriləcək

Mədəniyyət Materials 17 Aprel 2023 14:50 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində Bəyimxanım Vəliyevanın solo konserti keçiriləcək

Bakı. Trend:

Mayın 4-də Əməkdar artist, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Televiziyasının solisti, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Bəyimxanım Vəliyevanın Beynəlxalq Muğam Mərkəzidə "Sən elə bir zirvəsən" adlı solo konserti keçiriləcək.

Trend-in məlumatına görə, konsert Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

İfaçını konsert boyunca "Buta" instrumental ansamblı müşayət edəcək. Ansamblın bədii rəhbəri Rövşən Qurbanovdur. Konsertdə bir-birindən rəngarəng, tamaşaçıların zövqünü oxşayan fərqli repertuar təqdim olunacaq.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti