...

Gənc Tamaşaçılar Teatrında "Balaca kişilər" tamaşasının premyerası keçirilib (FOTO)

Mədəniyyət Materials 30 May 2023 13:43 (UTC +04:00)
Gənc Tamaşaçılar Teatrında "Balaca kişilər" tamaşasının premyerası keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Balaca kişilər" tamaşasının premyerası keçirilib.

Yazıçı, dramaturq İlqar Fəhminin eyniadlı əsəri əsasında səhnəyə qoyulan tamaşanının quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Vüsal Rahimdir. Döyüş və fəndlərin quruluşu İsa Əsədova, musiqi tərtibatı Zaur Rəşidova aiddir.

Real hadisələr əsasında hazırlanan səhnə əsərində vətənini sevən, onun uğrunda son damla qanına qədər vuruşan, sevdiklərini, ailəsini geridə qoyaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igid gənclərimizin həyatından, taleyindən bəhs olunur.

Tamaşada Əməkdar artistlər Şövqi Hüseynov, Rasim Cəfər, Elnur Bəhramxan, aktyorlar Rəşad Səfərov, Anar Seyfullayev, Araz Pirimov, Bəhram Əliheydər, Nurlan Süleymanlı, Xaliq Bəkirov, Hüseyn Bayramov, Ümman Budaqov, İlhan Sadıqov, Ramiq Nəsirov, Müşfiq Əliyev, Ceyhun Məmmədov, Mirzəağa Mirzəyev rol alıb.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti