...

Röya Həsənin “İz” adlı fərdi sərgisi nümayiş olunacaq

Mədəniyyət Materials 5 İyun 2023 12:36 (UTC +04:00)
Röya Həsənin “İz” adlı fərdi sərgisi nümayiş olunacaq

Bakı. Trend:

9-10 İyun tarixlərində Qız Qalası galereyasında ADMİU və Arts Council Azerbaijan QHT-nin təşkikatçılığı ilə Röya Həsənin “İz” adlı fərdi sərgisi nümayiş olunacaq

27 əsərdən ibarət “İz” adlı sərgi mədəni irsimizdə, tariximizdə dərin iz qoyan görkəmli korifeylərimizə həsr olunub. Əsərlər incəsənət xadimlərinin, rəssamların, bəstəkarların, rejisorların, aktyorların və s portretlərindən, Azərbaycanın gözəl peyzajlarından ibarətdir.

Hər bir xalqın mədəni irsi onun sərvətidir. Xalqımızın dünya mədəniyyətinin yaranmasında çox böyük rolu vardır. Müsəlman Şərqində ilk teatr, ilk opera, ilk balet, ilk Elmlər Akademiyası məhs Azərbaycanda yaradılmışdır. Mədəni irsimizi tanımaq, qorumaq, inkişaf etdirmək və nəsildən nəsilə ötürmək hər birimizin borcudur. Çünki bu Vətənimizin, xalqımızın tarixidir, özünəməxsusluğudur. Bu dəyərləri qorumalıyıq ki, gələcək nəsillər baxıb qürur duysunlar.

Röya Həsənin vətənə olan bağlılığını, Azərbaycan xalgına olan sevgisini, ehtiramını, milli-mənəvi dəyərlərinə olan hörmətini ən ülvi hislərlə öz yaradıcılığında əks etdirməyə çalışmışdır.

Röya Həsən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri Sənət Kafedrasının pedagogudur, Azərbaycan Dövlət Rəssamlar İttifaqının üzvüdür. Ölkə daxilində keçirilən çoxsaylı tədbir və sərgilərin iştirakçısı olmaqla yanaşı, bir çox xarici ölkələrdə (ABŞ, Fransa, İtaliya, İspaniya, Almaniya, Lüksemburq, Rusiya, Çexiya, Gürcüstan, Dubay, Turkiyə) təşkil edilən sərgi və simpoziumlarda Azərbaycanı təmsil etmişdir. Heydər Əliyev Fondu, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Dövlət Rəssamlıg Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi , BMT-in Azərbaycandaki təşkilatı, bir çox ölkənin Azərbaycandaki Səfirlikləri, “YARAT” Müasir İncəsənət Məkanı, Arts Council Azerbaijan və UNESCO tərəfindən təşkil edilmiş bir çox layihələrdə iştirak etmiş və yaratdığı əsərləri qeyd olunan layihələr çərçivəsində sərgiləmişdir. 2015-ci ildə Sotheby’s Art House tərəfindən Gürcüstanda keçirilən peşəkar dərslərdə iştirak etmişdir. Yaratdığı əsərlərdə ekspressionizm, abstrakt üslublarına üstünlük verir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Xəbər lenti

Xəbər lenti