...

"Musiqili səyahət" adlı konsert proqramı təqdim edilib (FOTO/VİDEO)

Mədəniyyət Materials 12 İyun 2023 18:37 (UTC +04:00)
"Musiqili səyahət" adlı konsert proqramı təqdim edilib (FOTO/VİDEO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində "Musical journey" ("Musiqili səhayət") adlı konsert proqramı təqdim edilib.

Klassik musiqi gecəsində pianoçu və bəstəkarlar Ülviyyə Kazımova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Zərif Kərimova, fleyta ifaçısı Nərgiz Əliyeva və violin ifaçısı Renata Abubəkirova səhnədə solo, duet və triolar ifa ediblər.

Tamaşaçılara İ.Bax, D.Skarlattinin əsərləri ilə yanaşı müasir bəstəkarlardan Fazil Say, Ceyhun Allahverdiyevin əsərləri də təqdim olunub.

Proqrama, həmçinin Zərif Kərimova və Ülviyyə Kazımovanın əsərləri də daxil edilib. Konsert proqramında yeni və ilk dəfə səslənən əsərlər maraqla qarşılanıb. Müxtəlif dövrlər və müxtəlif nəsillərinin yaradıcılıq nümunələrinə müraciətlə baş tutan musiqili səyahət tamaşaçılarda xoş ovqat yaradıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti