...

Bakı Kitab Mərkəzində 2-ci Beynəlxalq Piano Festivalı çərçivəsində poeziya və musiqi gecəsi keçirilib (FOTO/VİDEO)

Mədəniyyət Materials 22 İyun 2023 16:54 (UTC +04:00)
Bakı Kitab Mərkəzində 2-ci Beynəlxalq Piano Festivalı çərçivəsində poeziya və musiqi gecəsi keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

Bakı Kitab Mərkəzində Poeziya və Piano Gecəsi keçirilib. Xalq artistləri Ülviyyə Hacıbəyli və Mehriban Zəkinin iştirakı ilə baş tutan gecə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən 2-ci Bakı Beynəlxalq Piano Festivalı çərçivəsində təşkil olunub.

Trend xəbər verir ki, gecədə Qara Qarayev, Niyazi, Soltan Hacıbəyov, Emin Sabitoğlu, İsmayıl Hacıbəyov, Yohans Brams, Erik Satie və digər bəstəkarların əsərləri səslənib. Сanlı musiqi sədaları altında Mehriban Zəki Məhəmməd Füzuli, Vaqif Səmədoğlu, Nüsrət Kəsəmənli, Nigar Rəfibəyli, Ramiz Rövşən, Vaqif Bayatlı Odər və Rüstəm Behrudinin şeirlərini oxuyub. Piano musiqisi və lirik şeirlər Bakının yay axşamında tamaşaçılara özünəməxsus xoş bir ovqat bəxş edib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti