Azərbaycan, Bakı, 28 oktyabr /Trend/
"Seçki ilə bağlı bəzi qüvvələrdən gələn neqativ fərziyyələr əsassız və qərəzlidir".
Trend-in məlumatına görə, bu fikri Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı Seçki-2015.az saytına açıqlamasında Rusiya Dövlət Dumasının deputatı Roman Xudyakov bildirib.
R.Xudyakov qarşıdan gələn seçkilərdə bütün siyasi partiyaların və güclərin təmsil olunduğunu diqqətə çatdırıb: "Bu əhali üçün geniş seçim etmək imkanı yaradır. Açığını desək, Qərbin Azərbaycandan nə istədiyi hələ də mənə anlaşılmaz olaraq qalır".