...

Latviyalı müşahidəçi: Azərbaycanda seçkilər dünya standartlarına uyğun keçirilir

Seçki 2015 Materials 1 Noyabr 2015 17:48 (UTC +04:00)
Azərbaycanda parlament seçkiləri dünya standartlarına və ölkə qanunvericiliyinə uyğun keçirilir.
Latviyalı müşahidəçi: Azərbaycanda seçkilər dünya standartlarına uyğun keçirilir

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir Anaxanım Hidayətova/

Azərbaycanda parlament seçkiləri dünya standartlarına və ölkə qanunvericiliyinə uyğun keçirilir.

Bunu Trend-ə Riqa (Latviya) Şəhər Şurasının İctimai işlər, təhlükəsizlik və korrpusiya ilə mübarizə komitənin sədri Dainis Turlais deyib.

O bildirib: "Demək olmaz ki, Azərbaycanda seçki prosesi dünyanın digər ölkələrindən çox fərqlənir".

Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edir. Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyir.

Seçkilərdə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "AJF&Associates İnc." təşkilatı ilə birgə "exit poll" keçirir.

Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti