Azərbaycan, Bakı, 1 noyabr /Trend/
"Bu gün keçirilən parlament seçkilərinə insanların marağı kifayət qədər yüksəkdir".
Trend-in məlumatına görə, bunu mətbuata açıqlamasında Xorvatiyadan olan müşahidəçi Sabic Mirza deyib.
Onun sözlərinə görə, məntəqələrdəki müşahidəçilər qaydalara riayət edirlər: "Ümumilikdə seçki prosesi normaldır. Bu, mənim Bakıya ilk səfərimdir. Biz 6 məntəqəyə baş çəkmişik. Hər şey yaxşıdır, insanlar səsvermədə iştirak edirlər. Seçki prosesi qaydasında davam edir. Mən burada olmağımdan çox şadam".