...

Estoniyalı deputat: Azərbaycanda parlament seçkiləri açıq və şəffaf keçirilir

Seçki 2015 Materials 1 Noyabr 2015 16:35 (UTC +04:00)
Azərbaycanda parlament seçkilərində çox sayda xarici, eləcə də yerli müşahidəçilərin iştirak etməsi prosesin açıq və şəffaf keçirilməsinin əyani sübutudur.
Estoniyalı deputat: Azərbaycanda parlament seçkiləri açıq və şəffaf keçirilir

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Azərbaycanda parlament seçkilərində çox sayda xarici, eləcə də yerli müşahidəçilərin iştirak etməsi prosesin açıq və şəffaf keçirilməsinin əyani sübutudur.

Bunu Trend-ə Estoniya parlamentinin müşahidə missiyasının rəhbəri Mixail Korb deyib: "Olduğumuz bütün məntəqələrdə Azərbaycanın müxtəlif partiyalarını təmsil edən cox sayda müşahidəçi var. Bu, seçkilərin açıq və şəffaflığını göstərən müsbət amildir".

M.Korb bildirib ki, Estoniyadan olan müşahidəçilər azərbaycanlı qaçqınların səsvermədə iştirak etdiyi məntəqələrdə də olublar: "İnsanlar əlbəttə ki, bir qədər emosional idilər. Doğma torpaqlarına nə vaxt qayıda biləcəkləri barədə soruşurdular. Belə demək olar ki, bizim seçicilərlə kiçik bir planlaşdırılmamış görüşümüz oldu. Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Estoniyanın rəsmi mövqeyini bildirdik. Düşünürəm ki, onlar razı qaldılar".

Estoniyalı deputatın sözlərinə görə, səsvermədə seçkilərin fəallığı günün ikinci yarısı artıb: "İndi seçicilərin fəallığı təxminən 30 faiz təşkil edir. Konkret nə isə söyləmək hələ tezdir. Amma düşünürəm ki, günün sonuna seçicilərin fəallığı 60 faizdən artıq olacaq".

M.Korb onu da qeyd edib ki, seçkilər nəzərdə tutulduğu kimi, yüksək səviyyədə keçir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti