Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir Anaxanım Hidayətova/
Azərbaycanda seçkilər uğurlu, beynəlxalq norma və standartlara, demokratiya prinsiplərinə müvafiq keçirildi.
Bu barədə jurnalistlərə "Mərmərə" tədqiqat qrupunun sədri Akkan Suver deyib.
A.Suver qeyd edib ki, seçki məntəqələrində veb-kameralardan istifadə edilməsi isə şəffaflığın daha bir prinsipidir: "Azərbaycan türk dünyasında demokratiyanın nümunəsidir. Siz bütün dünyaya nümunə göstərdiniz. Azərbaycanı təbrik edirəm".