...

Avstriya parlamentinin vitse-prezidenti: Azərbaycanda parlament seçkiləri dünya standartlarına tam uyğun idi (ƏLAVƏ OLUNUB)

Seçki 2015 Materials 2 Noyabr 2015 11:20 (UTC +04:00)
Azərbaycanda parlament seçkiləri dünya standartlarına tam uyğun idi.
Avstriya parlamentinin vitse-prezidenti: Azərbaycanda parlament seçkiləri dünya standartlarına tam uyğun idi (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Azərbaycanda parlament seçkiləri dünya standartlarına tam uyğun idi.

Trend-in məlumatına görə, bunu Avstriya parlamentinin vitse-prezidenti Volfqanq Qrossruk (Seçkilərin müşahidə üzrə Avropa Akademiyası nümayəndə heyətinə daxildir) Azərbaycanda parlament seçkilərinə həsr olunmuş mətbuat konfransında deyib.

Vitse-prezident bildirib ki, müxtəlif Avropa institutlarından 12 ekspert seçki prosesini müşahidə edirdi: "Müşahidəçilərin çoxu seçkilərdən bir neçə gün əvvəl Azərbaycana gəliblər və buna görə də seçkiqabağı kampaniyanın gedişi ilə tanış ola bilməyiblər. Lakin qeyd etmək istəyirəm ki, ümumilikdə seçkilər yüksək səviyyədə keçirilib".

Onun sözlərinə görə, missiya 12 seçki dairəsində səsvermənin gedişini müşahidə edib: "Müşahidələrimizə əsaslanıb deyə bilərəm ki, seçkilərdə seçicilər üçün qeydiyyat və bülletenlərlə problem qeydə alınmayıb".

V.Qrossruk qeyd edib ki, səslərin hesablanması prosesi də dünya standartlarına uyğun keçib: "Hər bir məntəqə üzrə nəticələr möhürlənib və qaydalara uyğun olaraq mərkəzi seçki qərargahına göndərilib".

Yekunda beynəlxalq müşahidəçilər Azərbaycanı sabit və demokratik institutların yaradılması prosesini davam etdirməyə çağırıb.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasnın ilkin nəticələrinə görə, ölkə üzrə ümumi seçici fəallığı 55,7 faiz olub. Yəni 5 milyon 198 min 658 seçicinin 2 milyon 897 min 188-i seçkidə iştirak edib. Bu isə ötən parlament seçkilərindən təxminən 6 faiz çoxdur.

Ötən gün Azərbaycanda 125 seçki dairəsi üzrə liderlik edən namizədlər açıqlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti