...

Britaniyanın Lordlar Palatası: Azərbaycan parlament seçkilərinin şəffaf keçirilməsini təmin etdi

Seçki 2015 Materials 2 Noyabr 2015 14:15 (UTC +04:00)
Azərbaycan parlament seçkilərinin şəffaf keçirilməsini təmin etdi.
Britaniyanın Lordlar Palatası: Azərbaycan parlament seçkilərinin şəffaf keçirilməsini təmin etdi

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir Azad Həsənli/

Azərbaycan parlament seçkilərinin şəffaf keçirilməsini təmin etdi. Trend-in məlumatına görə, bunu Böyük Britaniyanın Lordlar Palatasının üzvü, lord Devid Evans deyib.

D.Evans bildirib ki, seçki məntəqələrində təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin edilmişdi.

Öz növbəsində, Lordlar Palatasının üzvü, baronessa Detta О'Kateyn seçkilərin yüksək səviyyədə təşkil edildiyini vurğulayıb: "Azərbaycanın Böyük Britaniyadan fərqi ondadır ki, burada azad seçim imkanına dəyər verirlər. Londonda insanlar seçkilərə getmək istəmirlər. Azərbayacnda isə vətəndaşlar seçkilərə böyük maraq göstərirlər.

O, həmçinin seçki prosesində vətəndaşlara hər hansı təzyiqin olmadığını qeyd edib: "Ötən gün 6 seçki məntəqəsində oldum. Təkrar səsvermənin qarşısını alan eyniləşdirmə prosesiini xüsusi vurğulamaq istəyirəm. Bu çox müsbət məqamdır".

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasnın ilkin nəticələrinə görə, ölkə üzrə ümumi seçici fəallığı 55,7 faiz olub. Yəni 5 milyon 198 min 658 seçicinin 2 milyon 890 mindən çoxu seçkidə iştirak edib. Bu isə ötən parlament seçkilərindən təxminən 6 faiz çoxdur.

Ötən gün Azərbaycanda 125 seçki dairəsi üzrə liderlik edən namizədlər açıqlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti