...

Aviqdor Liberman: ATƏT-in Azərbaycana öz nümayəndə heyətini göndərməmək üçün heç bir obyektiv səbəbi yox idi (ƏLAVƏ OLUNUB)

Seçki 2015 Materials 2 Noyabr 2015 12:06 (UTC +04:00)
ATƏT-in Azərbaycana öz nümayəndə heyətini göndərməmək və parlament seçkilərinin demokratikliyini təsdiq etməmək üçün heç bir obyektiv səbəbi yox idi.
Aviqdor Liberman: ATƏT-in Azərbaycana öz nümayəndə heyətini göndərməmək üçün heç bir obyektiv səbəbi yox idi (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir Azad Həsənli/

ATƏT-in Azərbaycana öz nümayəndə heyətini göndərməmək və parlament seçkilərinin demokratikliyini təsdiq etməmək üçün heç bir obyektiv səbəbi yox idi. Trend-in məlumatına görə, bunu İsrailin sabiq xarici işlər naziri, "Naş dom İsrail" partiyasının lideri Aviqdor Liberman Bakıda bu gün keçirilən mətbuat konfransında deyib.

A.Liberman bildirib ki, İsraildə dəfələrlə ikili standartlarla və ədalətsizliklə üzləşiblər: "ATƏT-dən məsələn, Səudiyyə Ərəbistanında demokratik normalar barədə hər hansı qınama eşitməmişəm".

A.Liberman qeyd edib ki, Azərbaycan qarşı baş berən hər şey qərəzlidir və qeyri-obyektiv yanaşmadır: "İsrail üçün Azərbaycanla münasibət xarici siyasət xəttinin vacib tərkib hissəsidir".

Onun sözlərinə görə, Azərbaycan azad dünyada mövcud olan parlament seşkilərinin keçirilməsinin ən yüksək standartlarını təmin edib: "Parlament seçkilərinin keçirilməsi səviyyəsi bizi çox təsirləndirdi. Müxtəlif imkanlı bütün vətəndaşlar üçün eyni hüquqlar təmin edildi. Çox şəffaf seçkilər idi. Şadıq ki, gənc respublika seçkilərin keçirilməsində belə yüksək nəticələrə nail olub".

A.Liberman, həmçinin keçirilmiş parlament seçkilərində yüksək mədəniyyətin olduğunu vurğulayıb: "İnsanlar seçki məntəqələrində özlərini çox səliqəli və nəzakətli aparırdılar. Bu həm də müşahidəçilərə, seçkimi komissiyasının üzvlərinə aiddir".

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasnın ilkin nəticələrinə görə, ölkə üzrə ümumi seçici fəallığı 55,7 faiz olub. Yəni 5 milyon 198 min 658 seçicinin 2 milyon 890 mindən çoxu seçkidə iştirak edib. Bu isə ötən parlament seçkilərindən təxminən 6 faiz çoxdur.

Ötən gün Azərbaycanda 125 seçki dairəsi üzrə liderlik edən namizədlər açıqlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti