Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir Anaxanım Hidayətova/
Azərbaycanda parlament seçkiləri yaxşı seçici fəallığı ilə keçdi. Trend-in məlumatına görə, bunu Bolqarıstan nümayəndə heyətinin rəhbəri, ölkə parlamentinin Səhiyyə komissiyasının sədri Daniela Daritkova-Prodanova deyib.
O bildirib: "Biz bir neçə seçki məntəqəsində olduq. Onların bəzilərində yüksək seçici fəallığının şahidi olduq".
D.D.Prodanova qeyd edib ki, seçkilər qanunvericiliyin normalarına əməl edilməklə yüksək səviyyədə təşkil edilib.
Bolqarıstan parlamentinin üzvü Kanço Filiippovun sözlərinə görə, Azərbaycan vətəndaşları öz iradələrini ifadə etməyi bacardılar: "Hər hansı qanun pozuntusu qeydə almadıq, hər şey çox yaxşı keçdi".