Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Müşahidələrimizdən sonra bu nəticəyə gəlmişik ki, Azərbaycanda parlament seçkiləri açıq, şəffaf, Azərbaycanın Konstitusiyasına və qanunvericiliyinə uyğun keçirilib.
Trend-in məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında MDB-nin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib.
Onun sözlərinə görə, MDB-nin tanınmış parlamentarilərinin daxil olduğu MDB-nin müşahidə missiyası artıq öz işini yekunlaşdırıb: "Müşahidə missiyası Azərbaycanın bütün regionlarında seçki prosesini izləyə bilib".
S.Lebedev qeyd edib ki, seçki ilə bağlı bəyanatlarını Mərkəzi Seçki Komissiyası seçkilərin nəticəsini rəsmi qaydada elan etdikdən sonra açıqlayacaqlar: "Lakin indi bunu qeyd edə bilərik ki, seçkilərdə ciddi pozuntular olmayıb. Yalnız kiçik texniki nöqsanlar var idi ki, məntəqə sədrləri tərəfindən onların aradan qaldırılmasına operativ reaksiya verildi. Buna görə də demək olar ki, seçkilərdə ciddi pozuntular olmayıb".
S.Lebedev məntəqələrdə seçkilərin şəffaf keçirilməsinə imkan verən veb-kameraların da quraşdırılmasını və onların sayının əvvəlki seçkilərlə müqayisədə daha da artmasını müsbət qiymətləndirərək qeyd edib ki, dünyanın inkişaf etmiş bəzi ölkələrində bu kameralardan istifadə edilmir.
MDB Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri Leonid Slutski qeyd edib ki, seçki prosesini izləyərkən neqativ hallara rast gəlməyiblər: "Bütün seçki praktikası prinsiplәrinә әmәl olunub. Azәrbaycanda mükәmmәl seçkilәr keçirildi. ATӘT DTİHB Azәrbaycanda keçirlәn seçkilәri izlәmәkdәn imtina etdi. Mәnim fikrimcә, buna sәbәb odur ki, bu tәşkilatın neqativ hallarla bağlı məlumatlar toplaması mümkün olmayacaqdı. Buna görә dә onlar etirazlarını bu şәkildә ifadә etdilәr. Bu, elә özünü ifşa etmәkdir. Biz bütün sәviyyәlәrdә seçki komissyalarının sәylәrini dәstәklәyirik. Azәrbaycan xalqının azad, demokratik seçki iradәsini alqışlayırıq. Әvvәlki seçkilәrlә müqayisәdә daha yüksәk aktivlik müşahidә olundu. Biz inanırıq ki, yeni seçki Azәrbaycanda demokratik sistemli parlamenti formalaşdıracaq".
Dağıstandan olan müşahidəçi İlyas Umaxanov isə bildirib ki, seçkilərdə təşkilatçılıq çox yüksək səviyyədə idi: "Seçici fəalllığı çox yüksək idi. insanlar elə əhval-ruhuyyədə idilər ki, sanki bayrama gəliblər".
Digər müşahidəçi Sergey Danilenko qeyd edib ki, məntəqələrdə komissiya işçiləri öz işlərini çox yaxşı bilirdilər, seçiçilərin qarşılaşdıqları kiçik problemlərin həllinə yardım göstərirdilər.
Müşahidə missiyasına daxil olan digər müşadiçilər də seçkilərin gedişatından razılıq edib, seçici fəallığını yüksək qiymətləndiriblər.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasnın ilkin nəticələrinə görə, ölkə üzrə ümumi seçici fəallığı 55,7 faiz olub. Yəni 5 milyon 198 min 658 seçicinin 2 milyon 897 min 188-i seçkidə iştirak edib. Bu isə ötən parlament seçkilərindən təxminən 6 faiz çoxdur.
Ötən gün Azərbaycanda 125 seçki dairəsi üzrə liderlik edən namizədlər açıqlanıb.