...

Beynəlxalq müşahidəçi: Seçkilər tamamilə demokratik keçirilib

Seçki 2015 Materials 2 Noyabr 2015 14:13 (UTC +04:00)
"Seçkilər tamamilə demokratik keçirilib, heç bir məcbur etmə halına, qanun pozuntusuna rast gəlinməyib, beynəlxalq müşahidəçilər heç bir çətinlik çəkmədən seçki prosesini izləmək, mətbuat nümayəndələrinə müsahibə vermək imkanlarına malik olublar".
Beynəlxalq müşahidəçi: Seçkilər tamamilə demokratik keçirilib

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

"Seçkilər tamamilə demokratik keçirilib, heç bir məcbur etmə halına, qanun pozuntusuna rast gəlinməyib, beynəlxalq müşahidəçilər heç bir çətinlik çəkmədən seçki prosesini izləmək, mətbuat nümayəndələrinə müsahibə vermək imkanlarına malik olublar".

Trend-in məlumatına görə, bunu Mərkəzi Asiya və Sakit Okean Beynəlxalq Demokrat Təşkilatının (CAPDİ) müşahidəçisi Ervin Aksa bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, seçki prosesini izləmək üçün təşkilatın nümayəndələri Mərkəzi Seçki Konissiyasının dəvəti ilə Azərbaycana gəlib. Nümayəndə heyətinin tərkibinə Kambociya, Filippin, İndoneziya və Pakistandan olan nümayəndələr daxildir.

E.Aksa sonra qeyd edib ki, seçkilər zamanı apardıqları müşahidələrin nəticələrinə görə, seçki məntəqə üzvləri öz işlərinə tamamilə məsuliyyətlə yanaşıblar, mətbuat nümayəndələri informasiyaları azad yaymaq hüququna malik olub: "Seçki məntəqələrində olan üzvlərin çoxu qadınlar idi. Bu da onu göstərir ki, Azərbaycan cəmiyyəti qadınlara böyük əhəmiyyət verir. Bu seçkilər demokratiyanın qələbəsidir. Biz Azərbaycan xalqını təbrik edir və uğurlar arzulayırıq".

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasnın ilkin nəticələrinə görə, ölkə üzrə ümumi seçici fəallığı 55,7 faiz olub. Yəni 5 milyon 198 min 658 seçicinin 2 milyon 890 mindən çoxu seçkidə iştirak edib. Bu isə ötən parlament seçkilərindən təxminən 6 faiz çoxdur.

Ötən gün Azərbaycanda 125 seçki dairəsi üzrə liderlik edən namizədlər açıqlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti