...

Müşahidəçi: Azərbaycanın seçki keçirmə təcrübəsini Avstraliyada tətbiq etmək olar

Seçki 2015 Materials 2 Noyabr 2015 16:14 (UTC +04:00)
Azərbaycanda parlament seçkilərinin keçirilməsinin bəzi aspektlərini Avstraliyada tətbiq etmək olar.
Müşahidəçi: Azərbaycanın seçki keçirmə təcrübəsini Avstraliyada tətbiq etmək olar

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycanda parlament seçkilərinin keçirilməsinin bəzi aspektlərini Avstraliyada tətbiq etmək olar.

Trend-in məlumatına görə, bunu Avstraliya müşahidə missiyasının rəhbəri Lyuk Simpkins parlament seçkilərinin nəticələri üzrə Bakıda keçirilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Avstraliya nümayəndə heyəti səsvermə günü Bakının və Azərbaycanın müxtəlif rayonlarında təqribən 20 seçki məntəqəsində olub: "Azərbaycanda parlament seçkilərinin keçirilməsinin bəzi aspektlərini Avstraliyada tətbiq etmək olar. Məsələn, Azərbaycanda seçkilərdə iştirak könüllüdürsə, Avstraliyada məcburidir".

Nümayəndə heyətinin digər üzvü Devid Conston qeyd edib ki, baş çəkdiyi 9 seçki məntəqəsinin heç birində şikayət qeydə alınmayıb: "Seçkilər ədalətli, şəffaf və demokratik standartlara uyğun keçirilib".

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasnın ilkin nəticələrinə görə, ölkə üzrə ümumi seçici fəallığı 55,7 faiz olub. Yəni 5 milyon 198 min 658 seçicinin 2 milyon 890 mindən çoxu seçkidə iştirak edib. Bu isə ötən parlament seçkilərindən təxminən 6 faiz çoxdur.

Ötən gün Azərbaycanda 125 seçki dairəsi üzrə liderlik edən namizədlər açıqlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti