Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir Yelena Kosolapova/
Azərbaycanda parlament seçkilərinin nəticələri və hakim Yeni Azərbaycan Partiyasının (YAP) qələbəsi tam qanunauyğundur.
Trend-in məlumatına görə, bunu Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Stanislav Pritçin Moskva-Bakı video-körpüsündə deyib.
Onun sözlərinə görə, Azərbaycan bir sıra sahələrdə Rusiyanın vacib tərəfdaşıdır: "Azərbaycanla əməkdaşlıq regionda təhlükəsizliyi təmin etmək və terrorçuluqla mübarizədə ən zəruri məsələlərdən biridir".
S.Pritçin Rusiyaya ərzaq məhsullarının tədarükünün təmin edilməsində və sanksiyalar fonunda ölkədə qıtlıqla mübarizədə Azərbaycanın vacib rolunu vurğulayıb.