...

Məzahir Pənahov: Nəhayət ki, AŞ PA da Azərbaycanda keçirilən seçkilərə normal qiymət verdi

Seçki 2015 Materials 2 Noyabr 2015 18:25 (UTC +04:00)
Bütün beynəlxalq müşahidəçilər noyabrın 1-də Azərbaycan Milli Məclisinə keçirilmiş seçkilərə müsbət rəy bildirdi.
Məzahir Pənahov: Nəhayət ki, AŞ PA da Azərbaycanda keçirilən seçkilərə normal qiymət verdi

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bütün beynəlxalq müşahidəçilər noyabrın 1-də Azərbaycan Milli Məclisinə keçirilmiş seçkilərə müsbət rəy bildirdi.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov qeyd edib: "Nəhayət ki, Avropa Şurası Parlament Assambleyası da Azərbaycanda keçirilən seçkilərə normal qiymət verdi".

MSK sədri əlavə edib ki, AŞ PA-nın qiyməti mühüm əhəmiyyət kəsb edir: "AŞ PA müşahidə missiyasının nümayəndələrinin hər biri özlərinə hörmət edən insanlardır. Ona görə də onların münasibəti bizim üçün mühümdür".

İclasda, həmçinin seçkilərlə bağlı bir sıra müraciətlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti