Əli Əhmədov: ATƏT DTİHB parlament seçkilərini müşahidə etməməklə birbaşa vəzifələrini həyata keçirməkdən imtina etdi

Əli Əhmədov: ATƏT DTİHB parlament seçkilərini müşahidə etməməklə birbaşa vəzifələrini həyata keçirməkdən imtina etdi

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

"V çağırış Milli Məclisə seçkiləri çoxlu sayda beynəlxalq müşahidəçilər izlədilər. Güman edirəm ki, onlar Azərbaycandakı parlament seçkilərinin həm beynəlxalq standartlara, həm ölkəmizin seçki qanunvericiliyinə, həm də demokratik prinsip və normalara tam uyğun olduğu qənaətinə gəliblər".

Trend-in məlumatına görə, bunu Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov "Azərbaycan" qəzetinə müsahibəsində deyib.

Ə.Əhmədov deyib ki, parlament seçkilərini izləyən beynəlxalq müşahidəçilər missiyasının tərkibi kifayət qədər müxtəlif idi: "Avropa ölkələrini və strukturlarını təmsil edən müşahidəçilərlə yanaşı, eyni zamanda dünyanın digər regionlarından olan müşahidəçilər də Azərbaycanda parlament seçkilərini izləmək imkanı qazanmışdılar. Beləliklə, müxtəlif regionları, siyasi mədəniyyətləri təmsil edən insanların gözləri önündə keçirilən parlament seçkiləri onların səsləndirdikləri və bizə də mətbuatdan məlum olan fikirləri əsasında kifayət qədər yüksək texniki hazırlıq və demokratik normalar şəraitində baş tutub. Bu bizi sevindirməyə bilməz. Bu, həm də ondan xəbər verir ki, Azərbaycanda seçki mədəniyyəti, siyasi mədəniyyət gündən-günə təkmilləşir və keçirilən parlament seçkiləri ölkəmizdəki siyasi plüralizmin, demokratik normaların daha da dərinləşdiyindən, dönməz xarakter aldığından xəbər verir".

YAP rəsmisi bildirib ki, Azərbaycana gələn beynəlxalq müşahidəçilər ölkə vətəndaşlarının sərbəst şəkildə öz iradələrini ifadə etmək imkanlarına malik olduğunu da izləyə bildilər: "Onlar müşahidə aparmaq missiyası ilə yanaşı, Azərbaycanla bir daha tanış olmaq imkanı da qazanmışdılar. Güman edirəm ki, həmin müşahidəçilər Azərbaycanda vətəndaşların və seçicilərin bu qədər yüksək fəallıq nümayiş etdirməsini və eyni zamanda hakim partiyanın qələbə qazanmasının səbəblərini də yəqin ki, ölkəmizlə tanış olmaq fonunda dərk edə biliblər. Bu qədər inkişaf, bu qədər yüksəliş fonunda insanların seçki ovqatı da pozitiv notlar üzərində qurulmalıdır, iqtidara, hökumətə inam və etimad notları üzərində qərar tapmalıdır. Bu da təbii ki, verilən səslərdə və bu səslərin hansı siyasi partiyaların təmsilçilərinə istiqamətlənməsində özünün əksini tapmalıdır. Müşahidəçlikdən söz düşmüşkən, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rasional, təhlili mümkün olmayan münasibəti ilə bağlı fikirlərimi bildirmək istərdim. Prinsip etibarilə bu qurum seçkilərin keçirilməsi ilə əlaqədar yaradılıb. ATƏT-ə üzv ölkələrdə seçkilərlə bağlı müşahidəçilik missiyası həyata keçirir. Bu mənada həmin qurumun ATƏT-in üzvü olan Azərbaycanın dəvəti əsasında ölkəmizdə keçirilən seçki kampaniyasını müşahidə etməkdən imtinasını rasional şəkildə izah etmək mümkün deyil. Bununla onlar əslində özlərinin birbaşa vəzifələrini həyata keçirməkdən imtina etdilər. ATƏT üzvü olan ölkələrdə keçirilən seçkiləri izləmək, müşahidə etmək onların birbaşa vəzifəsidir. Hər hansı ölkə əgər özü onları dəvət edərsə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun bundan imtina etməyə heç bir əsası yoxdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əslində onlar bununla öz mandatlarından imtina etmiş olurlar".

Ə.Əhmədov sonra əlavə edib: "Təəssüf hissi ilə bildirmək istərdim ki, bəzi beynəlxalq qurumlar, o cümlədən haqqında söz açdığımız ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkilərdən və seçkilərin izlənməsi missiyasından siyasi təzyiq vasitəsi kimi istifadə etmək ənənəsinə malikdirlər. Bu, tamamilə yolverilməz haldır. Seçkilər və seçkiləri izləmək, müşahidə etmək hər hansı siyasi məqsəd və niyyət güdmədən həyata keçirilməlidir. Amma bir sıra hallarda seçkiləri izləmək missiyası ayrı-ayrı ölkələrdə neqativ axtarmaq fürsəti kimi qiymətləndirilir. Bundan əvvəlki seçkilər zamanı aparılan müşahidələrin nəticəsində yalnız nəticələrə təsir etməyən nöqsanların qeyd olunması ondan xəbər verir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu üçün seçkilərin izlənməsi sadəcə, neqativ axtarmaq kimi başa düşülür və bu cür də istifadə edilir".

Ə.Əhmədov həmçinin vurğulayb ki, hər hansı dövlətin beynəlxalq qurumlarda təmsil olunması onun suveren hüquqlarının alternativi kimi dəyərləndirilə bilməz: "O cümlədən Azərbaycanın beynəlxalq qurumlarda təmsil olunması ölkəmizin suveren hüquqlarının üzərinə kölgə salmaq və yaxud həmin hüquqların azalması kimi dərk edilə bilməz. Bu mənada belə hesab edirik ki, istənilən beynəlxalq qurum, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da vəzifəsinə məhz bu prinsiplər nöqteyi-nəzərində yanaşmalıdır. Seçkilərdən və seçkiləri izləməkdən təzyiq vasitəsi kimi istifadə etmək ənənəsinə son qoymalıdır".

YAP rəsmisi əlavə edib ki, həmin büronun fəaliyyətinə bu cür qiymət verilməsi təkcə Azərbaycan tərəfindən ortaya atılan təşəbbüs deyil: "Malik olduğumuz informasiyalar əsasında bir sıra digər ölkələrdə də həmin büronun fəaliyyətində bu cür xoşagəlməz, neqativ tonlardan xali olmayan cəhətlərin özünü büruzə verməsi açıq şəkildə vurğulanmaqdadır. Lakin onların Azərbaycanda keçirilən seçki kampaniyasını izləməkdən imtina etməsi seçkilərin dəyərinə, ictimai mənasına heç bir kölgə sala bilmədi. Qeyd etdiyim kimi, seçkiləri xarici ölkələrdən gələn kifayət qədər sayda müşahidəçilər izlədilər. Onların hər birinin səsləndirdiyi rəy bütövlükdə Azərbaycanda seçkilərin yüksək şəraitdə təşkil olunmasına və demokratik normalara uyğun keçirilməsindən xəbər verir. Biz bütövlükdə bu seçki kampaniyasının beynəlxalq müşahidəçilər tərəfindən izlənməsinə yüksək qiymət veririk. Azərbaycan demokratik ölkədir, bütün proseslər açıq və şəffaf şəkildə keçirilir. O cümlədən siyasi proseslər, seçki kampaniyası şəffafdır və biz seçkilərin xoş niyyətli beynəlxalq müşahidəçilər tərəfindən izlənməsinə həmişə müsbət yanaşmışıq".

Mərkəzi Gömrük Hospitalında 1600-dən çox koronavirus xəstəsi stasionar müalicə alıb - DGK sədri
Mərkəzi Gömrük Hospitalında 1600-dən çox koronavirus xəstəsi stasionar müalicə alıb - DGK sədri
FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ - mədən Nəzarəti Dövlət Agentliyində görüş keçirilib (FOTO)
FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ - mədən Nəzarəti Dövlət Agentliyində görüş keçirilib (FOTO)
"Omikron" ştammına qarşı ən effektiv üsul "buster" doza vaksinasiyadır
"Omikron" ştammına qarşı ən effektiv üsul "buster" doza vaksinasiyadır
Loading Bars
Xəbər lenti
Hindistanın xarici siyasətində tarazlığın bərpa edilməsi
Mərkəzi Gömrük Hospitalında 1600-dən çox koronavirus xəstəsi stasionar müalicə alıb - DGK sədri
İdxal-ixrac göstəricilərinin təhlil edilməsi məqsədilə "Tableau" proqramının tətbiqinə başlanılıb - Səfər Mehdiyev
FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ - mədən Nəzarəti Dövlət Agentliyində görüş keçirilib (FOTO)
Milli Məclisin yaz sessiyasının ilk iclasının gündəliyi açıqlanıb
Türkiyə Rusiya və Ukrayna arasında gərginliyi azaltmağa çağırır
Qırğızıstanın mülki müdafiə xidmətləri fövqəladə iş rejiminə keçib
Qırğızıstan-Tacikistan sərhədində atışma olub, ölən və yaralananlar var
Prezident İlham Əliyevin siyasətinin mərkəzində hər zaman vətəndaş rifahının təminatı dayanıb - TƏHLİL
"Omikron" ştammına qarşı ən effektiv üsul "buster" doza vaksinasiyadır
Türk Hava Yolları İdarə Heyətinin sədri istefa verib
Evində ölü tapılan tağım komandiri ürək çatışmazlığından vəfat edib
Azərbaycan Prokurorluğu Almaniyanın hüquq mühafizə orqanları ilə əlaqələri genişləndirir (FOTO)
Azərbaycanda ictimai iaşə dövriyyəsinin həcmi açıqlanıb
AHİK sədri korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşların mükafatlandırılması mərasimində iştirak edib
İsmayıllı sakinindən qanunsuz saxladığı tüfəng götürülüb
Zəngilan Hava Limanı beynəlxalq məkan indeksləri kataloquna daxil edildi
Bakıda qanunsuz parklanma ilə bağlı reyd: 180-dən çox sürücü cərimələndi (FOTO/VİDEO)
Ceyhun Bayramov Kolumbiyanın Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
“Ümumi tranzit proseduru üçün gömrük zəmanət sistemi” mövzusunda seminar keçirilib (FOTO)
Kuba Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyir - Səfir (FOTO)
Əlilliyi olan məhkumların hüquqlarının müdafiəsi Ombudsmanın diqqətindədir (FOTO)
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası insidentlərin qarşısını almağa imkan verəcək - Rusiya XİN
Bakıda keçiriləcək batut gimnastikası üzrə Dünya Kubokunda Azərbaycanı Selcan Maqsudova təmsil edəcək
Oteldə müğənnini öldürməyə cəhd edən şəxsə 10 il cəza verildi
Azərbaycanda bu şəxslərin “Qırmızı Siyahı”sı hazırlanacaq
Füzuli sakinləri Beyləqanda pulemyot satarkən tutuldu (FOTO/VİDEO)
Yanvarın 28-nə USD/AZN rəsmi məzənnəsi
Xəzərdən nərə balıqlarını qanunsuz ovlayan şəxslərə cinayət işi açılıb
Ən iddialılar "Teknofest"də yarışır
Kürdəmir sakinindən heroin və tiryək götürülüb
Unibankın 20 milyon manatlıq istiqrazı uğurla yerləşdirilib
Televiziya kanalları HD yayıma keçir, bunun üçün insanlar nə etməlidir? - MTRŞ sədrindən açıqlama (ÖZƏL)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 3 361 nəfər koronavirusa yoluxub, 14 nəfər ölüb
Sənaye zonalarında ixracın həcmi əvvəlki illə müqayisədə 2,7 dəfə artıb
Bir neçə qurum avtomobillərini ucuz qiymətə satışa çıxarır
DOST mərkəzlərində "onlayn növbə" və "surdotərcümə" xidmətləri istifadəyə verildi
Azərbaycanda 3 helikopter satışa çıxarılır (FOTO)
Paşinyan Türkiyəyə səfər edə bilər
Yelo Bankdan gömrük işçilərinə zaminsiz və komissiyasız kredit!
Azərbaycan və Türkmənistanın “Dostluq” yatağı üzrə Birgə İşçi Qrupunun növbəti iclası keçirilib
Mingəçevir Dövlət Universitetində növbəti tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb
İranda daha 30 nəfər koronavirusdan ölüb
Prezident İlham Əliyevin vəkillik fəaliyyətinə böyük önəm verməsi işimizdə köklü dəyişiklik yaradıb - Vəkillər Kollegiyasının sədri (VİDEO)
Göygöldəki Psixonevroloji Sosial Xidmət Müəssisəsində 135 şəxsə stasionar şəraitdə sosial xidmətlər göstərilir (FOTO)
Tural Sadıqlı və Fikrət Hüseynov barəsində axtarış elan olunub
AAYDA və "Azərsu" ASC birgə məlumat yayıb (FOTO)
Korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlar mükafatlandırılıb (FOTO)
Ağacları zədələyən şirkət cəzalandırılıb
İsa Həbibbəyli və Gövhər Baxşəliyevaya yeni vəzifə verildi
Azərbaycanda sənaye zonalarına qoyulan investisiyanın həcmi açıqlanıb
Əjdər Olun məhkəməsi keçirilib
Vladimir Putin Türkiyəyə səfər edəcək
Vətəndaşların məmnunluğu dövlətimiz üçün vacibdir - Naqif Həmzəyev
Təhsil Nazirliyindən direktorun rüşvət istəməsinə dair səs yazısı ilə bağlı AÇIQLAMA (VİDEO)
Hafiz Məmmədov barəsində həbs qərarı verilib - Rəsmi
Ziraat Bank Azərbaycan real sektorun etimadını qazanmağa davam edir
Avtobusda, maşında yol gedərkən ürəyi bulananlara - Həkim tövsiyəsi
Xaricdən gələn şübhəli zənglərin 90 faizə yaxını bloklanıb - Nazir müavini
Ukraynada əsgər 5 hərbçi yoldaşını belə öldürüb (VİDEO)
Rusiyada bir gündə 88 mindən çox şəxs koronavirusa yoluxub
Qarabağa səfər edən hər kəs Ermənistanın dağıdıcı fəaliyyətinin nəticələrini görə bilər - Fərid Şəfiyev
Hazırda güzəştli pensiyalarla bağlı araşdırmalar aparılır - Anar Əliyev
Sabah hava necə olacaq?
Vətən müharibəsi iştirakçılarının siyahısı tərtib olunub Zəfər altsisteminə daxil ediləcək - Nazir müavini
SOCAR AQŞ və İraq Qazma Şirkəti arasında protokol imzalanıb
"Baktelecom" və "Aztelekom"un birləşdirilməsi planlaşdırılır - Rövşən Rüstəmov
Azərbaycana gələn yük avtomobilindən 4600 ədəd siqaret aşkarlanıb
Təhsil Nazirliyi Gəncə Dövlət Universitetində xaricdə doktorantura təhsili və beynəlxalq ikili diplom proqramı ilə əlaqədar görüş keçirib (FOTO)
Azərbaycanda yeni 5G tezliklərinin paylanması cədvəli təsdiqlənib - Nazir müavini
Bank VTB (Azərbaycan) ASC-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək
Postmüharibə reallıqlarında regional əməkdaşlığın yeni imkanları. Zəngəzur dəhlizi - “Əsas məsələ”də müzakirə (FOTO/VİDEO)
Qəbələdə tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib
Hindistanın Respublika Günü qeyd edilib (FOTO)
Azərbaycanın azad edilmiş ərazilərdə 13 layihə üzrə 9 yolun tikintisi başlayıb - Müşavir
Peyvənddən 5 ay sonra immunitet zəifləməyə və virusu unutmağa başlayır - Baş infeksionist
Rafael Cəbrayılov vəfat etdiyi üçün bütün işləri onun üstünə atırsınız - Hakim
Ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır (FOTO)
Operatorlar dövlət müəssisələrinin balansındakı kabel şəbəkələrindən icazəsiz istifadə edir - Nazir müavini
Azərbaycan-İran əməkdaşlığı regional sülhə və tərəqqiyə xidmət edir - Kamaləddin Qafarov
Sosial məsuliyyət istiqamətində stimullaşdırıcı tədbirlər nəzərdə tutula bilər - Fərid Qayıbov
Yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsinə cinayət işi başlanılıb (FOTO/VİDEO)
Azərbaycan qlobal səviyyədə antisemitizmlə mübarizə və multikulturalizmin dəstəklənməsində öz rolunu oynayıb - BMT rəsmisi
Rəsmi iş yeri olmayanlar icbari tibbi sığortadan yararlana bilər?
Aİ aqroturizmin inkişafı sahəsində təcrübəsini Azərbaycanla bölüşür - Peter Mixalko
Azad edilmiş ərazilərin 35 faizi teleradioyayımla əhatə olunub – Nazir müavini
“Məşğulluq marafonu” çərçivəsində 1600-dən çox şəhid ailəsi üzvü və qazi işlə təmin olunub - Nazir
Son 3 ildə sosial paketlər üçün 5 milyard manat ayrılıb - Sahil Babayev
Zəngilan və Laçın hava limanlarının tikintisinə hazırlıq işləri aparılır - Nazir müşaviri
Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində aparıcı rol oynayır - Aİ nümayəndəliyinin rəhbəri
Azərbaycanda sənaye zonalarında istehsal edilən məhsulun dəyəri açıqlanıb
Bakı Taksi Xidmətinə özəl investisiyaların cəlb edilməsi planlaşdırılır
Bakıda havanın keyfiyyəti yaxşılaşıb - ETSN
Azərbaycan böyük yəhudi icmasının yaşadığı unikal müsəlman ölkəsidir - İsrail səfiri (FOTO)
Xızıda evlərdən oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
“Muğanbank”ın xalis mənfəəti 2 dəfədən çox artıb
2024-cü ilədək bütün ölkənin internetlə təmini planlaşdırılır - Nazir müavini
Magistraturaya sənəd qəbulunun vaxtı açıqlanıb
Azərbaycan neftinin qiyməti 94 dollara çatır
Bütün xəbərlər