...

MSK İqbal Ağazadənin müraciəti ilə bağlı qərar qəbul etdi

Seçki 2015 Materials 5 Noyabr 2015 16:19 (UTC +04:00)
Müraciət baxılması üçün aidiyyəti üzrə dairə seçki komissiyasına göndərilib.
MSK İqbal Ağazadənin müraciəti ilə bağlı qərar qəbul etdi

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Ümid Partiyasının sədri İqbal Ağazadə noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) 35 saylı Xətai üçüncü seçki dairəsinin 17, 18 və 26 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı müraciət edib.

Trend-in məlumatına görə, müraciət MSK-nın bu gün keçirilən iclasında müzakirə edilib və baxılması üçün aidiyyəti üzrə dairə seçki komissiyasına göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti