...

MSK 18 Müsavatçının müraciətini əsassız saydı

Seçki 2015 Materials 5 Noyabr 2015 17:33 (UTC +04:00)
MSK bu gün keçirilən iclasında Müsavat Partiyasından deputatlığa namizəd olmuş şəxslərin müraciətinə baxılıb.
MSK 18 Müsavatçının müraciətini əsassız saydı

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Müsavat Partiyasından deputatlığa namizəd olmuş şəxslərin müraciətinə baxılıb.

Trend-in məlumatına görə, MSK Müsavat Partiyasından deputatlığa namizədliyi qeydə alınmış 18 nəfərin şikayətini müzakirə edib.

Onlar şikayətlərində oktyabrın 29-dan deputatlığa namizədliklərinin qeydiyyatından imtina etdiklərini bildiriblər və adlarının seçki bülletenindən çıxarılmamasını seçicilərin iradəsinə təzyiq kimi qiymətləndiriliblər.

Lakin MSK şikayəti əsassız sayıb. Bildirilib ki, Müsavat Partiyasının namizədləri noyabrın 1-də keçirilmiş parlament seçkilərində seçki dairəsindəki lider namizədlərdən az səs toplayıblar. Buradan görünür ki, seçicilərin iradəsinə təzyiq kimi iddialar əsassızdır.

MSK sədri Məzahir Pənahov deyib ki, namizədliyin geri götürülməsi səsvermə gününə ən geci 10 gün qalmış mümkün ola bilər: "Müsavat Partiyasından deputatlığa namizədliyi qeydə alınanlar isə bu müddət keçdikdən sonra MSK-ya müraciət ediblər. Hüquqi baxımdan həmin şəxslərin deputatlığa namizədliklərinin ləğv edilməsi mümkünsüzdür. Bu məsələ birdəfəlik hər kəsə aydın olmalıdır. Bütün bunlar seçki Məcəlləsi ilə tənzimlənir".

Sonda MSK müraciətı əsassız hesab edərək qəbul etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti