...

Azərbaycanda körpələrin daha çox yoluxduğu XƏSTƏLİKLƏR açıqlanıb

Gündəm Materials 15 Yanvar 2018 15:52 (UTC +04:00)
Azərbaycanda körpələr arasında rast gəlinin xəstəliklər arasında tənəffüs üzvlərinin xəstəliyi, ikinci yerdə perinatal dövrdəki xəstəliklər, üçüncü yerdə isə infeksion, anadangəlmə inkişaf qüsurları və digərləridir.
Azərbaycanda körpələrin daha çox yoluxduğu XƏSTƏLİKLƏR açıqlanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda körpələr arasında rast gəlinən xəstəliklər arasında ilk yerdə tənəffüs üzvlərinin xəstəliyi, ikinci yerdə perinatal dövrdəki xəstəliklər, üçüncü yerdə isə infeksion, anadangəlmə inkişaf qüsurları və digərləridir.

Trend-in məlumatına görə, bunu K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev deyib.

Onun sözlərinə görə, ölkədə baş verən körpə ölümləri əsasən yenidoğulanlar arasında və perinatal dövrlərdə müşahidə olunur.

Son illər əkiz, üçəm və çoxdöllü hamiləliyin sayında artım olduğunu deyən N.Quliyev bunun səbəbini süni mayalanma ilə izah edib:

N.Quliyev qeyd edib ki, Azərbaycanda mövsümlə bağlı uşaqlar arasında soyuqdəymə hallarının sayı artıb.

O bildirib ki, virusların törətdiyi yoluxmaların törədicilərini aşkar edəndə bunun bir-iki virusun hesabına olmadığı müşahidə edilir: "Çünki burada müxtəlif viruslar olur. Bunlar da nəticə etibarilə uşaqlar arasında yuxarı tənəffüs yollarının iltihabını törədir. Ümumilikdə bu gün ölkədə virusun törətdiyi epidemiya yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti