Bakı. Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyi sabaha gözlənilən hava ilə bağlı xəbərdarlıq edib.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Azərbaycanın rayonlarında martın 02-də hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.
Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.