...

Şirvanda mikroavtobusun "KAMAZ"la toqquşması nəticəsində 6 nəfər xəstəxanaya yerləşdirilib

Gündəm Materials 13 Mart 2018 09:45 (UTC +04:00)
Şirvan şəhəri ərazisində mikroavtobusun "KAMAZ" markalı yük maşını ilə toqquşması nəticəsində Şirvan şəhər Mərkəzi Xəstəxanasına 13 nəfər müraciət edib.
Şirvanda mikroavtobusun "KAMAZ"la toqquşması nəticəsində 6 nəfər xəstəxanaya yerləşdirilib

Bakı. Samir Əli - Trend:

Şirvan şəhəri ərazisində mikroavtobusun "KAMAZ" markalı yük maşını ilə toqquşması nəticəsində Şirvan şəhər Mərkəzi Xəstəxanasına 13 nəfər müraciət edib.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, müraciət edənlərdən 7 nəfərin vəziyyəti normal olduğundan ambulator müalicəyə göndərilib:

"Hazırda 6 nəfər xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib. Xəstələrin vəziyyəti normaldır, həyatı təhlükəsi yoxdur".

Xatırladaq ki, hadisə bu gün səhər saatlarında Şirvan rayonu ərazisində baş verib. Şirvan-Salyan marşrutu üzrə hərəkət edən mikroavtobusla “KamAZ” markalı yük maşını toqquşub.

Nəticədə mikroavtobusda olan 15 sərnişindən 13 nəfər xəstəxanaya gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti