...

Muxtar Babayev Ümumdünya Meteorologiya Təşkilatı ilə memorandum imzalayıb (FOTO)

Gündəm Materials 25 Aprel 2018 10:05 (UTC +04:00)
Azərbaycan və Ümumdünya Meteorologiya Təşkilatı ilə hüquqi bazanın möhkəmləndirilməsi məqsədilə “Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Ümumdünya Meteorologiya Təşkilatı arasında anlaşma memorandumu” imzalanıb.
Muxtar Babayev Ümumdünya Meteorologiya Təşkilatı ilə memorandum imzalayıb (FOTO)

Bakı. Trend:

Ümumdünya Meteorologiya Təşkilatının Baş Katibi Petteri Taalasın Azərbaycana səfəri çərçivəsində “Hyatt Regency” mehmanxanasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “İqlim dəyişmələrinə adaptasiya sahəsində meteorologiya təşkilatlarının vacib rolu” mövzusunda Konfrans keçirilib.

Trend-in məlumatına görə, konfransda Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Ümumdünya Meteorologiya Təşkilatının Baş katibi Petteri Taalas, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsaqzai və FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmakbeynəxalq təşkilatların, dövlət qurumlarının, elmi-tədqiqat institutlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində həmçinin Azərbaycan və Ümumdünya Meteorologiya Təşkilatı ilə hüquqi bazanın möhkəmləndirilməsi məqsədilə “Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Ümumdünya Meteorologiya Təşkilatı arasında anlaşma memorandumu” imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti