Bakı. Samir Əli - Trend:
Gədəbəy rayonunda yaşlı qadın yıxılıb.
Trend-in məlumatına görə, hadisə axşam saatlarında baş verib.
Rayon sakini, 1949-cu il təvəllüdlü Məmmədova Surayə Mədət qızı evdə yıxılıb. Hadisə nəticəsində qadının ayağı sınıb.
Yaralıya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.