...

Azərbaycanda əməkhaqqı ilə bağlı YENİ XƏBƏR - Vahid vergi tətbiq oluna bilər (YENİLƏNİB 2)

Gündəm Materials 25 May 2018 12:41 (UTC +04:00)

İlk xəbər 12:23-də yayımlanıb

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanda əmək haqqına vahid verginin tətbiq olunması təklif edilir.

Trend-in məlumatına görə, bunu Sahibkarlar gününə həsr olunmuş konfrans zamanı vergilər naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, əmək haqlarının vergi yükünün azaldılması nəzərdən keçirilir.

Onun sözlərinə görə, bu məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər çərçivəsində müzakirə olunur.

Vergilər naziri deyib: “Bu məsələ bütün vergi ödəyiciləri üçün çox vacibdir. Bu addım verginin yükünün azaldılmasına və işçilərin əmək haqlarının vergiyə cəlb olunmasının sadələşdirilməsinə yönəlib. Əmək haqqına vahid vergi tətbiq olunacaq və onun dərəcəsi hazırkı qanunvericilikdə qeyd olunan göstəricidən əhəmiyyətli dərəcədə az olacaq”.

Nazir qeyd edib ki, bu addım eləcə də qeyri-rəsmi məşğulluqla mübarizəyə müsbət təsir göstərəcək.

M.Cabbarov deyib: “Bu islahatın aparılması qeyri-rəsmi məşğulluğun azaldılmasına kömək edəcək və real əməkhaqlarının bəyan edilməsini təmin edəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti