...

“BakuBus” MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin edilib (FOTO)

Gündəm Materials 30 May 2018 14:12 (UTC +04:00)
“BakuBus” MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə jurnalist Qabil Babayev təyin olunub.
“BakuBus” MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin edilib (FOTO)

Bakı. Samir Əli - Trend:

“BakuBus” MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə jurnalist Qabil Babayev təyin olunub.

Trend-in məlumatına görə, o, bu vəzifədə Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin müdiri təyin edilən Mansur Piriyevi əvəzləyib.

Q.Babayev 1999-2005-ci illərdə müxtəlif qəzetlərdə müxbir, 2005-2013-cü illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətində redaktor, böyük redaktor, aparıcı, 2013-2016-cı illərdə “Yevlax Tv” MMC-də (hazırkı ARB Aran Media Şirkəti) baş direktorun informasiya məsələləri üzrə müavini, 2017-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun böyük məsləhətçisi vəzifələrində çalışıb.

Peşəkar jurnalist Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti